SON DƏQİQƏ

Ürək xəstələri bunu etməlidir – Araşdırma

Tarix:

6-09-2019, 16:50

/ 1 426 dəfə oxundu.
Ürək xəstələri bunu etməlidir – Araşdırma

Yoqa ilə məşğul olmaq ürək əzələlərini möhkəmləndirir və qan dövranını yaxşılaşdırır.

GunAz.az xəbər verir ki, bununla bağlı araşdırma aparan Hindistan alimləri belə bir qənaətə gəliblər.

Alimlərin araşdırmasında ağır ürək əməliyyatı keçirmiş 2500-dən çox insan iştirak edib. Caypur şəhərindəki klinikanın kardioloqları onların reabilitasiya prosesini müşahidə ediblər. Bunun üçün tibb işçiləri pasiyentləri iki qrupa ayırıblar.

Birinci qrupa daxil olanlar 3 ay ərzində nəfəs məşğələləri də daxil olmaqla, yoqa ilə məşğul olmalı idilər. İkinci qrup isə yoqa məşğələlərinə getməyib. Nəticələr göstərib ki, 5 ildən sonra yoqa ilə məşğul olmayanların 25 faizi ölüb. Yoqa ilə məşğul olanlarda isə bu göstərici 21 faiz olub.

“Yoqa müxtəlif risk faktorlarına, o cümlədən ürək-damar xəstəliklərinin inkişafına səbəb olan yüksək qan təzyiqinə nəzarət etməyə kömək edir”, - Britaniya Ürək Fondunun professoru Ceremi Pirson nəticələrlə bağlı açıqlamasında deyib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ