Uzun sürən qızdırma, öskürək, gecə tərləməsi - Bu əlamətlərə DİQQƏT!

Dünya əhalisinin 1/3-i vərəm daşıyıcısıdır, yəni vərəm dünyadakı insanların 2 milyarddan çoxunu əhatə edir.

Milli.Az e-tibb.az-a istinadən bildirir ki, bunu Türkiyənin Acıbadem Universitetinin professoru Tanıl Kocagöz ATU-nun Tədris Terapevtik Klinikasında "Vərəm xəstəliklərinin diaqnozu və müalicəsindəki yeniliklər" mövzusunda konfransda deyib.

Onun sözlərinə görə, hər gün 3 milyondan artıq insan vərəmə yoluxur ki, bunlardan da gündə 8 mini dünyasını dəyişir. Vərəmin ilkin əlamətləri və yaranması yollarından bəhs edən doktor T. Kocagöz bildirib ki, ən çox hava yolu ilə insandan-insana keçən bu xəstəlik nə qədər tez aşkarlanarsa, o qədər də asan müalicə oluna bilər. O deyib ki, halsızlıq, yorğunluq, uzun sürən qızdırma və öskürək, gecə tərləməsi, iki həftəlik bəlğəmin gəlməsi və qana çevrilməsi kimi əlamətləri özündə əks etdirən bu xəstəliyin müalicəsi 4 aydan 6 aya qədər davam etdirilir.

T.Kocagöz son metodlara istinad edərək xəstəliyin diaqnostikası və müalicəsinin daha səmərəli aparılması yollarından danışıb. Məruzəçi bu sahə üzrə Türkiyədə və dünyanın inkişaf edən ölkələrində tətbiq olunan ən yeni dərman vasitələrinin təsiri və eləcə də bu preparatların istifadə qaydaları barədə ətraflı məlumat verib.

Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun laborator bölmə üzrə elmi rəhbəri Rafiq Abuzərov "Azərbaycan Vərəm Laboratoriyasının quruluşu və gördüyü işlər" barədə çıxış edib. Respublikamızda bu sahə üzrə fəaliyyət göstərən laborator şəbəkə haqqında tədbir iştirakçılarını məlumatlandıran R. Abuzərov milli istinad, regional və mikroskopiya laboratoriyalarının iş prinsipləri və onlarda aparılan elmi-tədqiqat işlərinin nəticələrindən söhbət açıb. O, bildirib ki, vərəmə xas əlamətləri olan xəstələrin diaqnostikası və monitorinqinin aparılması, bəlğəm nümunələrinin saxlanma temperatoru və müddəti, həmçinin daşınma metodunun düzgün qrafik üzrə təyin olunması bu laboratoriyanın əsas işidir. .

Bundan başqa türkiyəli mütəxəssis İskender Karaltı "Türkiyə və dünya vərəm ilə xəstələnmə tezliyi" mövzusunda məruzə edib.

скачать dle 10.6фильмы бесплатно
[xfvalue_video]