SON DƏQİQƏ

Beyin sağlamlığını qoruyan - QİDALAR

Tarix:

1-05-2018, 14:34

/ 10 583 dəfə oxundu.
Beyin sağlamlığını qoruyan - QİDALAR

Bütün bədəni idarə edən beyinin sağlamlığının ana bətnindən etibarən həyat boyu qorunub, inkişaf etməsi böyük əhəmiyyət daşıyır.

Gunaz.az  xəbər verir ki, yediyimiz qidalar, yuxu rejimi, gün içindəki fəaliyyətimiz, idman, hətta kiçik bir gülümsəmə belə beyin sağlamlığına təsir edir.

Professor İlhan Elmacı beyin sağlamlığanı qoruyan qidalar haqqında məlumat verib.

Beyin inkişafı ana qarnından başladığı üçün hamilə qadınların xüsusilə folit turşu tərkibi yüksək olacaq şəkildə qidalanması vacibdir. Alzaymer və skolereoz riskinə qarşı yetişkin insanlarda da diqqət edilməsi lazım olan folik turşusu üçün lobya, ispanaq, limon, portağal kimi qidalar yeyilməlidir.

Tərkibində B vitamini olan banan, quru paxlalar, ət, balıq, yağsız süd, qatıq və yaşıl yarpaqlı tərəvəzlər yeyilməsi vacibdir. Yaddaş və zəkanın inkişafı üçün B vitamini əhəmiyyətli yer tutur.

Yaşlanma ilə birlikdə ortaya çıxan geriləmənin qarşısını almaq üçün E vitamini baxımından zəngin olan qoz, fındıq, günəbaxan tumu, küncüt kimi qidalar qəbul edilməlidir.

Qəhvənin içində olan və beyində xəbərdaredici xidmət edən kofeinin yorğunluğu azaldır. Qəhvənin həm də müvazinət və oyaqlığı yüksəldən xüsusiyyəti də vardır.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ