SON DƏQİQƏ
» » Quru və yağlı dərisi olanlar üçün FAYDALI MASKALAR

Quru və yağlı dərisi olanlar üçün FAYDALI MASKALAR

Tarix:

13-03-2018, 21:30

/ 10 711 dəfə oxundu.
Quru və yağlı dərisi olanlar üçün FAYDALI MASKALAR

Quru və yağlı dəri növləri olanlar üçün dəri baxımı daha da çətinləşir. Bunun səbəbi qarışıq tipli dərinin daha həssas olması və xüsusi qayğıya ehtiyacı olmasıdır. Gunaz.az qarışıq dəriyə sahib olanlar üçün faydalı maskalar təqdim edir.

Banan maskası

Bu tip dərilər üçün faydalı olan banan maskasını hazırlamaq üçün yarım bananı soyun və onu püre halına salın. Onu 1 yumurta ilə qarışdırıb dərinizə vurun. 15 dəqiqə gözləyin və isti su ilə yuyun. Həftədə 2-3 dəfə bu maskanı ​​tətbiq edə bilərsiz.

Bal maskası

Limonlu su ilə 1 qaşıq balı qarışdırın və maska ​halına gətirin. Üzünüzə masaj kimi tətbiq edin və 20 dəqiqə gözləyin. Daha sonra isti su ilə yuyun. Bal dərini nəmləndirir, limon isə parlaqlıq verir.

Yumurta və qatıq maskası

Məsamələri əhatə etmək üçün bu maskaya lazım olan vəsaitlər 1 qaşıq qatıq və 1 yumurta ağıdır. Onları qarışdırın və üzünüzə vurun. Yarım saat saxlayın. Daha sonra ilıq su ilə yuyun.

Portağal maskası

Dərini təmizləyən və parlaq edən bu maska ​​üçün 1 portağal qabığını soyun və doğrayın. Üstünə 2 yemək qaşığı yumşaq pendir əlavə edin və əzin. Dərinizə tətbiq etdikdən sonra 20 dəqiqə gözləyin və isti su ilə yuyun.

Badam yağı maskası

1 çay qaşığı bal, 1 çay qaşığı badam yağı və 2 qaşıq qaymağı qarışdırıb pambıq vasitəsi ilə dərinizə yayın. 15 dəqiqə gözləyin və nəmləndirici ilə yuyun.

Yulaf maskası

Dərinin yağlı hissəsi üçün təsirli olan yulaf əzməsi üçün 1 qaşıq isti su və yarım limon suyunu 3 qaşıq yulafı qarışdırın və dərinizə sürtün.

Alma maskası

1 almanın qabığını soyaraq əzin. Ona 1 qaşıq nəmləndirici krem ​​əlavə edin və qarışdırın.

Avokado maskası

1 avokadonun yarısını 1 qaşıq kakao yağı ilə qarışdırın və incə hərəkətlərlə dərinizə tətbiq edin.

Qreypfrut və limonlu maska

1 ədəd alma şirəsini yarım limon və qreypfrut suyu ilə bir sprey şüşəsinin içərisinə qoyun. 1 şüşə mineral su əlavə edərək silkələyin və hər səhər üzünüzə bu maskanı sıxın və isti su ilə yuyaraq günə başlayın.

Xiyar maskası

Yarım kəsilmiş xiyarı rəndələyərək onu püre halına salın. Ona 2 qaşıq qatıq əlavə edin. Həftədə iki dəfə mütəmadi olaraq bu maskanı ​​tətbiq edə bilərsiniz.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ