SON DƏQİQƏ

Dili təmizləmək ziyanlıdır?

Tarix:

2-02-2018, 21:50

/ 1 405 dəfə oxundu.
Dili təmizləmək ziyanlıdır?

Fransız stomatoloqlar assosiasiyası dilin təmizlənməsinin lazım olduğunu təkzib edib.

Mütəxəssislərin fikrinə görə, dili təmizləmək hətta ziyanlıdır. Onların fikrinə görə, bu gigiyenik prosedura ağız boşluğunun təbii mikroflorasını pozur.

Ağız boşluğunda və dilin üzərində 700-ə qədər bakteriya yaşayır. Bu bakteriyalar həzm proseslərində iştirak edir. Dilin müntəzəm olaraq təmizlənməsi faydalı bakteriyaların azalmasına səbəb ola bilər.

Gunaz.az saglamolun.az-a istinadən bildirir ki, normada dil ağız suyunun sayəsində özü özünü təmizləyir. Gün ərzində insan 2000 dəfəyə qədər ağız suyu udur ki, bunun nəticəsində də dil təmizlənir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ