SON DƏQİQƏ

Ölümsüz QƏHRƏMANLAR

Tarix:

24-02-2021, 18:34

/ 5 213 dəfə oxundu.
Ölümsüz QƏHRƏMANLAR

İbrahimov Ruzi Əliağa oğlu 23.02.1983-cü ildə Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Yengicə kəndində anadan olmuşdur. 1989-cu ildə Yengicə kənd 1 saylı tam orta məktəbinin 1-ci sinfinə daxil olmuşdur. Orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanmışdır. Hərbi xidmət müddəti bitdikdən sonra Ruzi İbrahimov müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olmuş, yenidən ordu sıralarına qayıtmışdır.Ölümsüz QƏHRƏMANLAR
Azərbaycan Ordusunun çavuşu olan Ruzi İbrahimov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. 7 noyabr 2020-ci ildə Şuşa uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. 13 noyabr 2020-ci ildə Şərur Şəhidlər Xiyabanında torpağa tapşırılmışdır.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ruzi İbrahimov ölümündən sonra "Vətən uğrunda" medalı,15.12.2020-ci il tarixli Sərəncamına əsasən "Azərbaycan Bayrağı" ordeni,25.12.2020-ci il tarixli Sərəncamına əsasən "Xocavəndin azad olunmasına görə" medalı və 29.12.2020-ci il tarixli Sərəncamına əsasən "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
 
Gözəlov Rüfət Əzim oğlu 1996-cı il martın 17-də Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Dəmirçi кəndində anadan olub. Azərbaycan Ordusunun MAXE əsgəri Rüfət Gözəlov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə döyüşüb. Oktyabrın 27-də Şuşa döyüşləri zamanı şəhid olub. Şərur rayonu şəhidlər xiyabanında dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş qapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rüfət Gözəlov ölümündən sonra "Vətən uğrunda" medalı və 30.12.2020 Tarixli sərəncamı ilə isə "Hərbi xidmətlərə görə" medalı təltif edildi.
Bilman İSAQ

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ