SON DƏQİQƏ

İtkin düşən XTQ gizirinin şəhid xəbəri gəldi

Tarix:

20-02-2021, 12:25

/ 5 476 dəfə oxundu.
İtkin düşən XTQ gizirinin şəhid xəbəri gəldi

44 günlük Vətən müharibəsində iştirak edən daha bir hərbçimizin şəhid olduğu müəyyənləşib. 

Söhbət 1994-cü il təvəllüdlü, Şəmkir rayonunun Əliyaqublu kənd sakini XTQ giziri Namazov Babək Səhman oğlundan gedir.

Onun şəhid olması barədə xəbəri Şəmkir rayonu İcra Hakimiyyəti yayıb. Məlumatda bildirilir ki, B. Namazovdan uzun müddət idi ki, xəbər yox idi. O, oktyabrın 4-dən 5-ə keçən gecə Cəbrayıl ərazisində gedən döyüşdə itkin düşüb.

Ötən gün isə onun yaxınları döyüçünün şəhid olduğu barədə xəbər alıblar.

Adı Müdafiə Nazirliyinin itkinlərlə bağlı yaydığı siyahıda olan əsgərimizin elə Cəbrayıl istiqamətində şəhidlik zirvəsinə ucaldığı deyilir.


скачать dle 12.1

Şərhlər