SON DƏQİQƏ
» » Miqrantlar Azərbaycana niyə axışır? – Nazir açıqladı

Miqrantlar Azərbaycana niyə axışır? – Nazir açıqladı

Tarix:

13-09-2019, 14:31

/ 1 396 dəfə oxundu.
Miqrantlar Azərbaycana niyə axışır? – Nazir açıqladı

Ölkəmizə gələn miqrantların sayının artmasının başlıca səbəbi kimi son illər respublikamızda sahibkarlıq fəaliyyəti üçün əlverişli mühitin yaradılması, demokratik institutların genişlənməsi, ölkə iqtisadiyyatının inkişafı və əhalinin yaşayış səviyyəsinin yüksəlməsidir.

GunAz.az xəbər verir ki, bunu "Dəyişən dünyada qlobal böhranlar fonunda əməkçi miqrantların əsas problemlərinin həlli yolları” mövzusunda BMT-nin bütün əməkçi miqrantlar və onların ailə üzvlərinin hüquqlarının müdafiəsi üzrə Komitəsinin iclasında çıxış edən Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib.

Nazirin sözlərinə görə, 2018-ci ildə iş icazəsi əsasında ölkəmizdə işləyən əcnəbilərin sayı 7000 nəfərə yaxın olub ki, bu da 2003-cü illə müqayisədə 4 dəfə çoxdur.

"Hazırda nazirliyin Əmək Müqaviləsi Bildiriş Sistemində əcnəbilərlə bağlanmış 9962 əmək müqaviləsi qeydiyyatdadır. Əməkçi miqrantların və onların ailələrinin hüquqları insan hüquqlarının tərkib hissəsidir. Ölkədə əməkçi miqrantların hüquqlarının qorunması hər zaman böyük əhəmiyyət kəsb edib.

Azərbaycanda miqrasiya sahəsində çox geniş qanunvericilik bazası yaradılıb. Azərbaycan əməkçi miqrantlarla bağlı qəbul etdiyi qanunvericilikdə hər hansı bir ayrı-seçkiliyə, diskriminasiyaya yol verilməsini qadağan edib".

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ