SON DƏQİQƏ
» » “Yalnız bununla qadın kişini yanında saxlaya bilər”- Xalq artist(Kişilər oxumasın)

“Yalnız bununla qadın kişini yanında saxlaya bilər”- Xalq artist(Kişilər oxumasın)

Tarix:

6-01-2019, 12:08

/ 10 705 dəfə oxundu.
“Yalnız bununla qadın kişini yanında saxlaya bilər”- Xalq artist(Kişilər oxumasın)

Xalq artisti, rəqqasə Təranə Muradova publika.az-a müsahibə verib.

GunAz.az həmin müsahibənin üstündə işləyərək, xüsisi olaraq sizə  təqdim edir.

- Çəkiniz nə qədərdir ki?

- Hazırda 51 kiloyam. Ən çox kilolu olduğum hamilə olduğum vaxta təsadüf edir. Onda 60 kilo idim və bu məni çox qorxudurdu. Sonradan çəki atdım.

 "Həyat yoldaşımla biz bir-birimizi ilk baxışdan sevmişik"

 - Kompleksləriniz varmı?

- Orta məktəbi rus dilində bitirdiyim üçün azərbaycanca zəif danışıram və bu mənim ən böyük kompleksimdir. Hazırda ingilis dilində öyrənirəm, alman dilini bilirəm. Mən həm rəqqasəyəm, həm hüquqşünas. Əslində anamın arzusunu həyata keçirmək üçün mən Universitetin hüqüq fakültəsini də bitirməli oldum.

 - Sizcə, qadının ən böyük sirri nədir?

- Qadın oxunmamış  kitab olmalıdır. Həmişə maraq doğurmalıdır. O eyni zamanda çox ağıllı, səmimi, zərif olmalıdır.  

 - Çoxları deyir ki, bugün sevgi adiləşib, uzun illik ailə həyatı yaşamış Təranə xanım da belə düşünürmü?

- Yox, qətiyyən. Sevgi böyük anlamdır. Həyat yoldaşımla biz bir-birimizi ilk baxışdan sevmişik və aradan 28 il keçməsinə baxmayaraq o ilk həyəcan bu gün də qalıb.

"Kişiylə soyuq davransan, sənin yanına qaçacaq"

  "Qadının qısqanclığı onun evini dağıda bilər"
 

- Bu ayrılıq sevginizə gölgə salmadı?

- Yox, əslində qadından çox şey asılıdır. Qadın ağıllı olarsa, ailəsini də qoruyub saxlaya biləcək. Ərlə arvad arasında pərdə heç vaxt götürülməməlidir. Qadın güzəştə getməyi bacarmalıdır. Xırda səbəblər üzündən qısqanclığa imkan verməməlidir.

 - Siz yəni heç qısqanmamısınız ərinizi?

- Qısqanmışam əlbəttə. Hətta ona dəfələrlə bunu deyirdim də. Amma sonradan səhvimi anladım, başa düşdüm ki, qısqanclığı biruzə vermək olmaz. O halda, kişinin qadına hörməti daha da artır. Qadın qısqanclığı onun evini dağıda bilər. Əslində qadının soyuqluğu, qısqanclığı bildirməməsi kişidə həyəcanı daha da artırır. Kişilər düşünürlər ki, xanımım niyə görəsən mənə biganədir, qısqanmır. Qadın bununla kişini daim yanında saxlaya bilir. Mən də bunu cavan vaxtı bilmirdim, zaman keçdikcə anladım. Anamın bu məsləhətini indi mən övladlarıma edirəm. Nə qədər kişiylə soyuq davransan, bir o qədər o sənin yanına qaçacaq. Bir də onu deyim ki, qadınla kişi bir-birinə ruhən bağlı olmalıdır.

 "Hələ uduzduğum vaxt olmayıb"

- Nəyi bağışlamazdınız insanlara?

- Hər şeyi bağışlayıram. Amma Allaha tapşırıram hər şeyi. Cəza verə bilmərəm mən.

 "Fəxr edirəm ki, belə yaraşıqlı kişinin arvadıyam"

 - Həyat yoldaşınıza bəs, nəyi bağışlamazdınız?

- İndi hər şeyi bağışlayaram.

 - Xəyanəti də?

- Bəli, xəyanəti də. Yaşa dolduqca qadın müdrik olur. Həm də ərimi sevirəm, o məndən yaşca böyk olduğu üçün hörmət edirəm.

 - Yəqin yanında çox cavan görünürsünüz?

- Belədir, amma ərim o qədər yaraşıqlıdır ki... Çox ağıllıdır, qəşəng geyinir. Mən fəxr edirəm ki, belə yaraşıqlı kişinin arvadıyam. Mən valideynlərimdən sonra həyatda necə yaşamağı ondan öyrənmişəm. O  qədər ağıllı bir insandır ki, heç vaxt qısqanclığını da mənə göstərmir.

 - İstəyirsiniz göstərsin?

 - On il qabaq bəlkə də istərdim göstərsin, amma indi yox. Mən hər işimi onunla məsləhətləşirəm. Bilirsinizmi, ər-arvad  25-30 ildən sonra bir-biri ilə əsil dost olur.

скачать dle 12.1

Şərhlər