SON DƏQİQƏ
» » “Qazaxıstanda elmin müxtəlif sahələrində azərbaycanlılar fəal iştirak edirlər”

“Qazaxıstanda elmin müxtəlif sahələrində azərbaycanlılar fəal iştirak edirlər”

Tarix:

4-01-2019, 09:07

/ 10 548 dəfə oxundu.
“Qazaxıstanda elmin müxtəlif sahələrində azərbaycanlılar fəal iştirak edirlər”

Müseyib Novruzov: “Çalışırıq Qazaxıstanın ictimai-siyasi həyatında aktiv olaq”

“Turan” Azərbaycanlılar Konqresinin prezidenti Müseyib Novruzov Qazaxıstanda Azərbaycan diasporunun yaradıcılarından biridir. O, 1986-cı ildən Qazaxıstanın Alma-Ata şəhərində yaşayır. Qeyd edək ki, Müseyib Novruzov Naxçıvan Muxtar Respublikasının Xok kəndində anadan olub. Azərbaycan Dövlət İncəsənət İnstitutunun, Sankt-Peterburq Universitetinin məzunudur. Onun rəhbəri olduğu “Turan” Azərbaycanlılar Konqresi Qazaxıstanda yaradılan ilk Azərbaycan diaspor təşkilatıdır.

Qazaxıstanda ilk diaspor təşkilatı nə vaxt yaradılıb? 

- Qazaxıstanda azərbaycanlıların ictimai birliyinin rəsmi olaraq əsası “Turan” Azərbaycanlılar Konqresi olaraq 1992-ci il mayın 29-da Ədliyyə Nazirliyi tərəfindən verilən şəhadətnamə ilə qoyulub. 01 mart 1995-ci ildə Qazaxıstan prezidenti Nursultan Nazarbayev tərəfindən yaradılan Qazaxıstan Xalqları Assambleyası bu ölkədə yaşayan digər xalqların nümayəndələrini də öz ətrafında birləşdirib.
2006-cı ilə kimi Qazaxıstanın bütün şəhərlərində bir Azərbaycan cəmiyyəti fəaliyyət göstərirdi. İndi isə Qazaxıstanın vilayət və şəhərlərində bir neçə ictimai birlik fəaliyyət göstərir. 

Bildiyimiz kimi, ötən əsrin 20, 30, 40-cı illərində Azərbaycandan Qazaxıstana sürgün olunmuş insanlar var. Bu gün onlar özlərini Azərbaycan diasporu hesab edirlərmi? 

- Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra Qazaxıstana azərbaycanlılar sürgün edilib. Qazaxıstanda azərbaycanlıların toplum şəkildə yaşaması, əsasən, 1937-ci ilin may ayının 10-da NKVD-nin qərarı ilə Cambul, Çimkənd, Taldıkurqan vilayətlərinə sürgünü ilə başlayıb. Təxminən 50-ci illərə kimi bu sürgünlər davam edib. Sonra da təhsil, hərbi xidmət, işlə əlaqədar soydaşlarımızın sayı artıb. Qazaxıstanda bəzi məlumatlara görə 80, bəzilərində 120, bəzilərində isə 150 min azərbaycanlı yaşayır.

Ümumiyyətlə, Qazaxıstanın elmi, mədəni inkişafında azərbaycanlıların nə kimi rolu var? 

- Ümumiyyətlə, Qazaxıstanın tibb sahəsində ən məşhur həkimlərin arasında azərbaycanlıların da adı olub. Hazırda Şəkərəliyevlər ailəsinin bütün üzvləri, demək olar ki, həkimdirlər. Burada hüquq, filologiya, tibb elmlər doktorları, o cümlədən elmlər namizədləri var. Elmin müxtəlif sahələrində azərbaycanlılar fəal iştirak edirlər. Polisdə də çalışan soydaşlarımız az deyil.

Azərbaycanla bağlı hansı tədbirlər keçirirsiz?

- Biz hər il müntəzəm surətdə Azərbaycanın rəsmi dövlət bayramlarını qeyd edirik. Həmçinin anım günləri ilə bağlı tədbirlər keçiririk.

Rəsmi Qazaxıstan hökuməti tərəfindən diasporumuza hansı münasibət göstərilir?

- Diasporların fəaliyyəti Qazaxıstanda sərbəstdir. Uşaqların məktəblərdə ana dilini öyrənmələri üçün, az da olsa, vəsait ayrılır. Bəzən müxtəlif xalqların milli mədəniyyətinə aid telekanallarda verilişlər hazırlanır. Vaxtilə biz Abay Universitetində Azərbaycan dili fakültəsi açmışdıq. Türkdilli xalq olaraq bizə çox yaxşı münasibət göstərilir. 

Qazaxıstanın ictimai-siyasi işlərində diaspor olaraq hansısa fəallıq göstərə bilirsinizmi? 

- Çalışırıq Qazaxıstanın ictimai-siyasi həyatından aktiv olaq. İstər KİV-də, istər elmi konfranslarda, festivallarda biz də iştirak edirik.

Fuad Hüseynzadə

скачать dle 12.1

Şərhlər