SON DƏQİQƏ
» » Məleykə Əsədovadan təltif olunmasına - MÜNASİBƏT

Məleykə Əsədovadan təltif olunmasına - MÜNASİBƏT

Tarix:

30-10-2019, 13:15

/ 1 705 dəfə oxundu.
Məleykə Əsədovadan təltif olunmasına - MÜNASİBƏT

 Sənət insanlarına olan münasibət və diqqət biz aktyorlara çox böyük ruh verir.

Bunu GunAz.az-a açıqlamasında Xalq artisti Məleykə Əsədova “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”na layiq görülməsinə münasibət bildirərkən deyib.

“Sənət insanlarına və teatr fədakarlarına qayğı və diqqət göstərdiyinə, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının 100 illiyinin keçirilməsinə qərar verdiyinə görə Prezident İlham Əliyevə təşəkkür edirəm.

Ümumiyyətlə, teatr canlı sənət, səviyyə və məktəbdir. Prezidentimiz bütün sənət insanlarına bu qədər diqqət və qayğı göstərir.

Ad alan həmkarlarımı təbrik edirəm. Biz aktyorlar həmişə alqış, çiçəklər və sənətimizə olan diqqətlə daha da ruhlanırıq. Səhnədə yeni-yeni obrazlar yaratmağa ürəkdən can atırıq. Çünki aktyorlar fədakardır. Prezidentimizə təşəkkür edirəm. Allah onu var eləsin”, - deyə Xalq artisti bildirib.  

Qeyd edək ki, Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının 100 illik yubileyi münasibətilə və Azərbaycanda teatr sənətinin inkişafında xidmətlərinə görə Bəsti Cəfərova, Məleykə Əsədova, Laləzar Mustafayeva və Ramiz Novruz “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif ediliblər.

скачать dle 12.1

Şərhlər