"10 ildir ad günümü qeyd etmirəm..." - Bəhram Bağırzadə

Bu gün əməkdar artist, tanınmış aktyor Bəhram Bağırzadənin doğum günüdür.

GunAz.az bildirir ki, aktyor təəssüratlarını yenicag.az-la bölüşüb:

"On ildir ki, doğum günümü qeyd etmirəm. Çünki sentyabrın 17-i atamın dünyadan köçdüyü gündür. Vaxt olar, nə vaxtsa, yubileylərimin birini qeyd edərəm, atamın da ruhu şad olar. Bu gün 4-5 ailə üzvlərimlə yığışıb oturacağıq, vəssalam. Mənim üçün rəqəmlərin əhəmiyyəti yoxdur. Yaş üstünə yaş gəlirsə, deməli yaşayıram. Allah hər adama yaşlanmaq qismət eləmir. Baba olmaq istəyirəm və bu hissləri də yaşamaq arzusundayam. Dua edirəm ki, o günü görə bilim".

скачать dle 10.6фильмы бесплатно
[xfvalue_video]