SON DƏQİQƏ
» » Mərhum yazıçı Mövlud Mövludun kitabı təqdim olunacaq

Mərhum yazıçı Mövlud Mövludun kitabı təqdim olunacaq

Tarix:

24-05-2017, 14:53

/ 2 538 dəfə oxundu.
Mərhum yazıçı Mövlud Mövludun kitabı təqdim olunacaq

M.F.Axundov adına Milli Kitabxananın Açıq Kitabxanasında mərhum gənc yazıçı Mövlud Mövludun "Çətirsiz" adlı hekayələr kitabının təqdimatı keçiriləcək.
Təqdimat may ayının 27-də baş tutacaq, 12.00-dan 14.00-a qədər davam edəcək.
Kitabın satışından əldə olunan gəlir M.Mövludun övladına bağışlanacaq.
M.Mövludun "Çətirsiz” hekayələr kitabı Azərbaycan Yaradıcılıq Fondunun kitabxanası seriyasından işıq üzü görən 15-ci kitabdır.
Qeyd edək ki, M.Mövlud 1989-cu ildə anadan olub. O, 2017-ci ilin martın 16-da özünü binanın 17-ci mərtəbəsindən ataraq intihar edib. "Çətirsiz" mərhum yazıçının ilk kitabıdır. 

GUNAZ.az

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ