SON DƏQİQƏ

Mikayıl Mirzənin xatirəsi anıldı

Tarix:

1-03-2017, 16:11

/ 2 431 dəfə oxundu.
Mikayıl Mirzənin xatirəsi anıldı

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə Xalq Artisti Mikayıl Mirzənin anadan olmasının 70 illiyi münasibətilə "Odlu-alovlu sənətkar” adlı tədbir keçirilib. Tədbir Xətai rayon MKS-nin Mərkəzi Kitabxanasında təşkil olunub. 
Tədbirdə Xalq Artisti Nurəddin Mehdixanlı, Əməkdar Artist Füzuli Hüseynov və başqaları çıxış edərək M.Mirzənin həyat və yaradıcılığından söz açıblar, onunla bağlı xatirələrini bölüşüblər. 
Adil İsgəndərov, Mehdi Məmmədov, Tofiq Kazımov, Lütfi Məmmədbəyov kimi görkəmli səhnə ustalarından dərs alan, oynadığı rolları təbii, inandırıcı şəkildə tamaşaçılara çatdıran sənətkar emosionallığı ilə özünəməxsus ifa üslubuna malik idi. O, "Azərbaycanfilm” kinostudiyasında lentə alınan bədii filmlərdə, onlarla dram əsərində yaddaqalan obrazlar yaradıb. 
Tədbirdə Xalq Artistinin ifasında səslənən şeirlər və yaradıcılığını əks etdirən videoslayd nümayiş olunub.
Sonda məktəblilərin ifasında M.Mirzənin oynadığı "Günahsız Abdulla” tamaşasından səhnəcik nümayiş olunub, şeirlər səsləndirilib.(Teleqraf.com)

Gunaz.az

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ