SON DƏQİQƏ

"Unutmayaq, Unudulmayaq"-25 Yanvar

Tarix:

25-01-2017, 10:13

/ 9 324 dəfə oxundu.
"Unutmayaq, Unudulmayaq"-25 Yanvar

   Arvid Karlsson
  •   İsveç farmakoloqu Arvid Karlsson 1923-cü ilin yanvar ayının 25-i İsveçdə, Uppsala şəhərində orta təbəqədən olan ziyalı ailəsində anadan olub. 2000-ci ildə Pol Qrinqard və Erik Kandellə birgə sinir sistemində siqnal ötürülməsinə dair kəşflərinə görə Nobel mükafatına layiq görülüb.
 
 
  
***

Nəsibə Hüseynova  

 
Görkəmli Azərbaycan pediatrı, tibb elmləri doktoru (1969), professor (1970), səhiyyə əlaçısı (1984), əmək veteranı
(1986), əməkdar həkim (1990).  Nəsibə Hüseynova 1926-cı il yanvar ayının 25-də Bakı şəhərində azərbaycan dili müəllimləri Ağa İsmayıl və Həvva Hüseynovların ailəsində dünyaya gəlmişdir. 
 

 
 
 
  
 

 ***

 Mustafa ağa Vəkilov

Mustafa ağa Vəkilov 1899-cu ildə Qazax qəzasında görkəmli ictimai xadim Məhəmməd ağa Vəkilovun ailəsində anadan olmuşdur. Atası Azərbaycan Xalq Cümhuriyyətinin dəftərxana rəisi işləyib. Bibisi Badisəba xanım Vəkilova maarifpərvər Ədib Firudin bəy Köçərlinin həyat yoldaşı olub. 1917-ci ildə Tiflis kişi gimnaziyasını bitirmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin Tiflisdəki daimi nümayəndəliyində tərcüməçi işləmişdir. Parlamentin 1919-cu il 1 sentyabr tarixli qərarına əsasən, təhsilini hüquq sahəsində davam etdirmək üçün Paris Universitetinə (Fransa) göndərilmişdir.
 

***

Səyyarə Məmmədli  

Səyyarə Məmmədli (İsmayılova)25 yanvar 1961-ci ildə Qərbi Azərbaycanın Göyçə mahalının Basarkeçər rayonunun Kəsəmən kəndində müəllim ailəsində anadan olub.
1969-cu ildən Basarkeçər rayonu Kəsəmən kənd orta məktəbində oxuyub və 1978-ci ildə həmin məktəbi bitirmişdir.
2007-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 2013-cü ildə Prezident təqaüdünə layiq görülmüş, 2014-cü ildə AYB-nin və Nəşriyyat-Poliqrafiya Birliyinin birgə keçirdiyi "Ən yaxşı şeir müsabiqəsi"ndə ilk onluqda yer tutmuşdur.
Ailəlidir, 3 övladı var.

 

***

 

 Axundov İsmayıl

Axundov İsmayıl Əbdülxalıq oğlu (25.1.1897, Şamaxı - 1952, Bakı) — Azərbaycan Xalq Cümhuriyyəti Par-lamentinin xüsusi qərarına əsasən, dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş tələbələrdən biri, görkəmli alim, Azərbaycanda tibb elminin tanınmış təşkilatçılarından biri.
 
 
 

Gunaz.az



 
 
 
 
 
 
 
 
 
 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ