SON DƏQİQƏ

"Unutmayaq, Unudulmayaq"-21 Yanvar

Tarix:

21-01-2017, 10:59

/ 7 285 dəfə oxundu.
"Unutmayaq, Unudulmayaq"-21 Yanvar

Zəlimxan Yaqub

Xalq şairi, ictimai xadim Zəlimxan Yaqub 21 yanvar 1950-ci ildə Borçalının Bolnisa rayonunun Kəpənəkçi kəndində anadan olub. 1995-2005-ci illərdə Azərbaycan Respublikasının Milli Məclisinin deputatı olmuşdur. Onun yazdığı poemalar əsasında "Aşıq Ələsgər”, "Didərginlər”, "Yunus İmrə”, "Böyük ömrün dastanı”, "Qalx ayağa Azərbaycan” adlı televiziya film və verilişləri hazırlanıb. Zəlimxan Yaqub "Saz”, "Göyçə dərdi”, "Cavidan qız balası”, "Şair harayı”, "Sizi qınamıram”, "Vətən yaraları”, "Göyçədən gələn səslər”, "Borçalıdan qalan izlər”, "Yunis İmrə dastanı”, "Ey vətən oğulları”, "Suallar”, "Haqq-ədalət”, "Tanı məni, Amerika”, "Böyük ömrün dastanı”, ”O qızın göz yaşları” və başqa iri həcmli, epik-lirik səpkili poemaları, saz üstündə köklənən şerləri ilə oxucular bu gün də nəfəs alır.
 

***

 Şəfiqə Axundova

Şərqdə ilk opera yazan bəstəkar qadın, xalq artisti Şəfiqə Axundova 1924-cü ilin bu günü Şəkidə anadan olub. O, 1972-ci ildə "Gəlin qayası" operasını yazmaqla Şərqin ilk opera yazan qadın bəstəkarı olub. Şəfiqə xanım həm də bir sıra gözəl mahnıların, "Ev bizim, sirr bizim" operettasının, simli kvartet üçün pyeslərin, "Aydın", "Əlvida Hindistan!", "Nə üçün yaşayırsan?" və başqa tamaşaların, "Təlxəyin nağılı", "Dovşanın ad günü" kimi uşaq tamaşalarının musiqisinin müəllifidir. 500-dən artıq əsəri olan sənətkarın Azərbaycan şairlərinin şeirlərinə bəstələdiyi gözəl lirik mahnıları və romansları xalq arasında çox məşhurdur.
 

***

Süleyman Ələsgərov

Azərbaycanın görkəmli bəstəkarı Süleyman Ələsgərоv 21 yanvar 1999-cu ildə dünyasını dəyişib. Onun yaradıcılığında оperetta janrı əsas yer tutur. "Ulduz”,  "Özümüz bilərik” , "Olmadı elə, oldu belə”, "Milyonçunun dilənçi oğlu”,"Hardasan ay subaylıq” ,"Sevindik qız axtarır”, "Həmişəxanım” operettaları Musiqili Teatrının səhnəsində bu gün də оynanılır. Bundan başqa оnun "Bahadır və Sоna”, "Sоlğun çiçəklər” оperaları bir neçə kantata, simfоniya, "Bayatı-Şiraz” simfоnik muğamı, simfоnik pоema və süitaları Azərbaycan musiqisinin incilərindəndir.
 
 
 
 

***


Lütfiyar İmanov "Unutmayaq, Unudulmayaq"-21 Yanvar

Opera müğənnisi, Xalq artisti Lütfiyar İmanov 21 yanvar 2008-ci ildə vəfat edib. Lütfiyar İmanovun adı ölkəmizin, eləcə də xarici ölkələrin konsert salonlarını və opera səhnələrini fəth edən bir müğənni kimi musiqisevərlərin geniş dairələrində yaxşı tanınıb. O, ilk rolunu 1943-cü ildə Sabirabad Dövlət Musiqi Teatrının səhnəsində "5 manatlıq gəlin" tamaşasında oynayıb. 18 yaşında ilk dram dərnəyini yaradıb. Uzun illər Opera və Balet Teatrında çalışan Xalq artisti Azərbaycan, rus və xarici bəstəkarların əsərlərində "Koroğlu”, "Nərgiz”, "Azad”, "Vaqif”, "Karmen”, "Toska” və əsas partiyaları böyük ustalıqla ifa edib.

 ***

Corc Oruell

Məşhur ingilis yazıçısı Corc Oruell 1950-ci ildə 46 yaşında vəfat edib. Oruell 1943-cü ildə özünün məşhur "Heyvanıstan" əsərini yazıb. Əsər 1945-ci ildə çap olunub və yazıçıya böyük şöhrət qazandırıb. Yazıçıya dünya şöhrəti gətirən ikinci əsəri "1984" romanıdır. Əsər XX əsrin məşhur antiutopik əsərlərindən hesab olunur. Roman dünyanın 60-dan çox ölkəsinin dilinə tərcümə olunub. UNESCO-nun qərarı ilə 1984-cü il yazıçının xatirəsinə ehtiram olaraq "Corc Oruell ili" elan edilib.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ