SON DƏQİQƏ
» » Gənc Tamaşaçılar Teatrında “Vurğuna vurğun gəlin” hazırlanır

Gənc Tamaşaçılar Teatrında “Vurğuna vurğun gəlin” hazırlanır

Tarix:

17-01-2017, 12:06

/ 3 672 dəfə oxundu.
Gənc Tamaşaçılar Teatrında “Vurğuna vurğun gəlin” hazırlanır

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında növbəti tamaşanın hazırlıqlarına start verilib.
Teatrın mətbuat xidmətinin verdiyi məlumata görə, yeni tamaşa teatrın aktrisası, Əməkdar Artist, Prezident təqaüdçüsü Lətifə Əliyevanın 70 illik yubileyi münasibətilə hazırlanır.
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, tanınmış şair-dramaturq, Səməd Vurğun mükafatı laureatı Zaməddin Ziyadoğlunun görkəmli Azərbaycan şairi Səməd Vurğunun xatirəsinə həsr etdiyi "Vurğuna vurğun gəlin” pyesi əsasında hazırlanan eyniadlı tamaşanın quruluşçu rejissoru Gülnar Hacıyevadır.
Yeni səhnə əsəri yaxın günlərdə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kiçik səhnəsində nümayiş etdiriləcək.

Gunaz.az

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ