SON DƏQİQƏ

Bakıda Rusiya Mətbuatı Günü qeyd edilib

Tarix:

12-01-2017, 19:09

/ 4 351 dəfə oxundu.
Bakıda Rusiya Mətbuatı Günü qeyd edilib

Yanvarın 12-də Bakıdakı Rusiya İnformasiya-Mədəniyyət Mərkəzində (RİMM) Rusiya Mətbuatı Günü qeyd edilib.

Tədbirdə Azərbaycan informasiya agentliklərini, mətbu nəşrləri və elektron KİV-ləri təmsil edən jurnalistlər, habelə onların Azərbaycanda akkreditə edilmiş rusiyalı həmkarları iştirak ediblər.

"Rossostrudniçestvo” agentliyinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Valentin Denisov qonaqları salamlayıb. O, 2016-cı ildə RİMM-nin işinin peşəkar və obyektiv işıqlandırılmasına görə Azərbaycan və Rusiya jurnalistlərinə səmimi təşəkkür edib və bir qrup jurnalistə "Rossostrudniçestvo”nun Fəxri Fərmanlarını təqdim edib.

Rusiyanın Azərbaycandakı səfirliyinin müşavir-elçisi Oleq Muraşov da jurnalistlərə təşəkkür edib və "Rusiya-Azərbaycan əməkdaşlığının işıqlandırılmasına və dəstəklənməsinə yaradıcı töhfəyə görə” onlara Rusiya səfirliyinin diplomlarını təqdim edib.

Valentin Denisov Rusiya Jurnalistlər İttifaqının katibi Rafael Hüseynovun görüş iştirakçılarına göndərdiyi təbrik məktubunu oxuyub.

Sonra gənc ifaçıların iştirakı ilə bayram konsert olub.

Gunaz.az

Bakıda Rusiya Mətbuatı Günü qeyd edilib

 

Bakıda Rusiya Mətbuatı Günü qeyd edilib

 

скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər

XƏBƏR LENTİ