SON DƏQİQƏ
» » “Sevgi şərbəti” Opera və Balet Teatrının səhnəsində

“Sevgi şərbəti” Opera və Balet Teatrının səhnəsində

Tarix:

12-01-2017, 18:22

/ 3 776 dəfə oxundu.
“Sevgi şərbəti” Opera və Balet Teatrının səhnəsində

Yanvarın 21-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Qaetano Donisettinin "Sevgi şərbəti” operası təqdim olunacaq.

Dünya opera sənətinin ən dəyərli nümunələrindən sayılan səhnə əsərində Sankt-Peterburqun Mixaylovski adına Teatrının solisti - vokalçıların beynəlxalq müsabiqələrinin laureatı Yuri Monçak iştirak edəcək.

Bununla yanaşı, rolları Opera və Balet Teatrının aparıcı solistləri Əməkdar artistlər Fərid Əliyev, İnarə Babayeva, Səbinə Əsədova və Cahangir Qurbanov canlandıracaqlar. Səhnə əsəri dirijor beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyev tərəfindən idarə olunacaq.

Qeyd edək ki, operanın ilk nümayişi 1832-ci ildə Milanda baş tutub. 2013-cü ildə isə sözügedən opera Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında səhnəyə qoyulub. 

скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər

XƏBƏR LENTİ