SON DƏQİQƏ
» » Müəllimlərin işə qəbulu ilə bağlı rəsmi açıqlama

Müəllimlərin işə qəbulu ilə bağlı rəsmi açıqlama

Tarix:

16-04-2021, 21:24

/ 1 994 dəfə oxundu.
Müəllimlərin işə qəbulu ilə bağlı rəsmi açıqlama

Aprelin 21-də 2020-2021-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu müsabiqəsinin onlayn müsahibə mərhələsinə start verilir.

Bu barədə GünAz.az-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, müsahibə mərhələsində iştirak edəcək şəxslərin şəxsi səhifələrinə müsahibələrin keçiriləcəyi tarix və saat barədə məlumat göndərilib.

 

Müsahibə linki namizədlərin şəxsi səhifələrində qeyd olunan tarixdən bir gün əvvəl elektron poçt ünvanlarına göndəriləcək. Namizədlərin müsahibəyə qoşulmaq üçün şəxsi səhifələrinə yerləşdirilmiş videotəlimatla tanış olmağı tövsiyə edilir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ