SON DƏQİQƏ

28 illik hazırlıq və ermənilərə verilən 44 günlük dərs- YUNUS OĞUZ yazır

Tarix:11-02-2021, 18:51 Oxunub:4 834

Epiqraf

·        Hökumət o zaman özünə potensial üsyançılar hazırlayır ki, cəmiyyətdə xurafatlaşma, manqurtlaşma, cahilləşmə, zombiləşmə sürətlənir, riyakarlıq, saxtakarlıq baş alıb gedir. Bu zaman milli-mənəvi və maddi dəyərlərin, vətənpərvərliyin təbliği effekt vermir və dövlətçilik anlayışı məmur və ictimai status anlayışı ilə eyniləşdirilir.

"Tarix ibrətdir" silsiləsindən

Əvvəli  burada

 

Bu sazişdən sonra  ermənilər hələ də  depressiyadan çıxa bilmirlər. Görünür onları həmişə bu vəziyyətdə  saxlamaq və idarə etmək üçün depressiya vacib şərt olaraq daima qalmalıdır. Ermənistan müxalifəti (on yeddi partiya) baş nazir Nikol Paşinyanı istefaya göndərmək  üçün hərəkətə keçsə də  on min etirazçını meydana güclə  yığa bilirdi. Bu, o demək idi ki, xalq həm məğlubiyyət şokundan ayıla bilmir, həm də  otuz iki il apardığı  diplomatik mübarizənin nəticə vermədiyini görür. (Hətta Ermənistan qondarma  "DQR"nın müstəqilliyini  heç vaxt tanımadı, yaxud buna cəsarəti  çatmadı, Çünki belə olsa idi, siyasi fəsadları  daha ağır olacaqdı və  bu səbəbdən də Ermənistanın özündə  çox kasıb həyat tərzi əhalinin bu problemdən yorulduğunu,  birdəfəlik həll etmək istəyini təzahür edirdi.) Digər tərəfdən dünya erməni diasporasının "Qarabağ" adına topladığı milyonlarla vəsaitin hakimiyyət tərəfindən mənimsənilməsi əhali tərəfindən hökumətə və müxalifətə  qarşı biganəlik yaratmışdı.Ona  görə  də  müxalifət xalqdan dəstək  ala bilmədi. Başqa bir səbəb də  erməni xalqının "Böyük Ermənistan" xülyasının  ilğımdan başqa bir şey olmaması idi. 44 günlük Vətən müharibəsi  bütün bunların üstündən yekə,  yağlı qırmızı xətt çəkdi. Bundan sonra Ermənistan dövlətinin mövcudluğu sual altına düşdü, çünki hazırda bu ölkə iqtisadi,  siyasi, psixoloji, humanitar fəlakətin astanasındadır. Bir neçə  kəlmə də ermənilərin psixoloji durumu haqqında  yazmaq yerinə düşərdi. Zaman- zaman bu  xalqın  psixologiyası, fəaliyyəti, cəmiyyətdə mövqeyi  haqqında məşhur adamlar,  yazıçılar, siyasi xadimlər elə  sözlər yazıblar ki, bunu bir  kilo balla həzm etmək  mümkün deyil. Mən K.Marksın, F.Engelsin, L.Tolstoyun, A.Puşkinin, Qriboyedovun, Mayokovskinin ermənilər barədə yazdıqları kəlamları qoyuram qırağa. Görün, azacıq vicdanı olan erməni ziyalıları öz soydaşları haqqında nələr yazırlar.

Şair Yeqise Çarents : "Bizdə ikiüzlülük anamızın bətnində yaranır".

Tarixçi Qeveroq Aslan : "Ermənilərin dövlətçiliyi olmayıb. Onlar vətən hissi və  siyasətlə  bir - birinə  bağlı  deyillər. Erməni vətənpərvərliyi  yaşadığı  yerə  bağlıdır".

Tarixçi F.Ekozyans : "Ermənistan coğrafi əyalətdir. Tarixdə erməni xalqı və  erməni dövləti olmayıb. Ancaq erməni dini icması olub".

Tarxiçi Kerop Patkanov: "Ermənilər insan tarixində  önəmli rol oynamayıblar".

Dilçi, ədəbiyyatşünas Manuk Abeqyan : " Ermənilərin kökü hardandır, nə  zaman və  hansı yolla bura gəliblər? Biz bu barədə dəqiq və  aydın faktlara söykənmirik".

Yazıçı Xaçatar Abovyan: "Türk dili lənətə gəlsin, lakin bu dil Tanrının xeyir -duasını  alıb... Hər məclisdə, toy şənliklərində biz türkcə oxuyuruq.  Bizim dilimizin ən azı əlli faizi türk sözlərindən ibarətdir. Azərbaycan dili dilimizə  o qədər daxil olub ki, bizdə mahnılar, şeirlər, məsəllər türkcə səsləndirilir".

Yazıçı Qazaros Aqaryan : " Bizim aşıqlar şeirlə heç vaxt dastan qoşmayıblar, bütün bu dastanlar azərbaycancadır".

Dilçi Edrin Arustamyan: "Azərbaycan dilində çoxlu məsəllər və misallar erməni dilində ilkin formada deyilir və tərcümə olunmur, çünki tərcümə onların dərin mahiyyətini itirir."

Yazıçı M.Nalbandyan: "Həmişə nəsə təmiz ermənicə eşitmək istəmişəm. Təəssüflər olsun ki, bu günə qədər  eşidə bilmədim.

Folklorşünas Perç Proşyan: "Onlar(ermənilər-Y.0) türkcə ağlayırlar, bayatılardan istifadə edib hönkürürlər."

Folklorşünas Qeqam Tarverdyan : "Tərəfimdən toplanan erməni aşıqlarının şeirlərinin böyük bir hissəsi azərbaycan dilindədir."

Tarixçi Aram Arakelyan : "Ermənilərin başları o qədər zərərli ideyalarla dolub ki, onları təmizləmək üçün uzun illər lazım gələcək."

Bəstəkar A.Xaçaturyan : "Mən aşığam . Mən Azərbaycan musiqisi qarşısında borcluyam."

İrina Petrosyan : "Uzun müddət ermənilərin dövləti olmayıb.  Uzun müddət dövləti və sərhədləri olan başqa xalqlardan fərqli olaraq ermənilərin milli mətbəxi də olmayıb."

Bax belə! Bu iqtibaşları görkəmli yazıçı-dramaturq, filosof  Firuz Mustafa sosial şəbəkələrdə rus dilində dərc etmişdi. Mənə yalnız tərcümə etmək qaldı.

A.S. Puşkinin ermənilər haqqında məşhur bir kəlamı  var: " Sən oğrusan, donuzsan, ermənisən."

Məşhur yazıçı Aleksandr Düma Qafqaza səyahət edərkən burada yaşayan bəzi xalqlar haqqında orjinal müşahidə aparmışdı. O yazırdı ki, Qafqazda yunanlarla bir iş görmək istəsən onlarla yalnız müqavilə bağlamaq lazımdır. Verdikləri  sözə heç zaman əməl etməzlər. Tatarlar(türklər)  söz verdisə müqavilə bağlamağa ehtiyac yoxdur. Əməl edəcəklər. Ermənilər isə istər söz versin, istərsə də səninlə müqavilə bağlasın, xeyri yoxdur, hər ikisinin altından qaçmağa çalışacaqlar.

Bu da ibrətdir. İndi görürük ki, həm musiqimizi, mətbəximizi, adət-ənənələrimizi, tariximizi, kilsələrimizi və s. oğurlayır, mənimsəyir, özününkiləşdirirlər, həm də indinin özündə də imzaladıqları kaputaliyasiya aktının altından qaçmağa çalışırlar, min bir hiylə dolu  fikirlər dövriyyəyə buraxırlar.

Bizim prezident  çoxsaylı  müsahibələrinin  birində söylədi ki, erməni silahlı qüvvələri ərazimizdən çıxması haqqında mərhələli cədvələ imza atsın, mən müharibəni dayandırıram.  Kişi kimi də dayandırdı.

Amma erməni tərəfi yenə də Qarabağda müxtəlif təxribatlar törədir, bir neçə aparıcı dövləti münaqişəyə cəlb etmək istəyir.

Erməni xisləti belədir. Bu xalq heç zaman müstəqil yaşamadığından  və dövlətçilik şüuru formalaşmadığından  zaman-zaman bu və ya başqa dövlətə xidmət edib, maksimum yararlanmağa çalışıb. Son min ilin  tarixini götürsək, görərik ki,  ermənilər bizans, səlcuq, monqol, qaraman, baharlı, bayandur, teymuri, səfəvi, avşar, qacar imperiyalarının təbəələri olublar. Son iki yüz ildə isə yuxarıda qeyd etdiyimiz kimi 1828-ci il rus-qacar müharibəsindən sonra köç ediblər.

Maraqlıdır ki,  nə İrəvanda, nə də Qarabağda öz mədəni və mənəvi abidələri olmadıqları  üçün digər xalqların abidələrini ya dağıdır, ya da çox həyasızcasına özününkiləşdirirlər.

Beləliklə ermənilərin öz tarixi olmadığından qonşuların tarixinə yiyə durmaq cəhdi etdilər, rus imperiyasının onlar üçün  XIX əsrdə  yaratdığı qurama tarixə  sonradan özləri də inanmağa başladılar.   "Böyük Ermənistan" və " dənizdən dənizə" ideyası  bu xalqı xəstələndirdi və bu indi də davam edir.   Azərbaycanın tarixi ərazisində, özü də 1918-ci ildə  Azərbaycan tərəfinin razılığı  ilə İrəvanı özünə paytaxt edən balaca  Ermənistan nə zaman "dənizdən dənizə"  böyük dövlət qurub?

Uydurduğu tarix dövründə  eramızın birinci minilliyində Roma, Bizans, Sasani, ərəb və  başqa imperiyalar olan zamanda sən necə "dənizdən dənizə" imperiya qura bilərdin?" Son iki min illik tarixə baxsaq görərik ki, ermənilər həmişə son anda xidmət etdikləri ağalarının kürəklərinə xəncər saplayıb. Belə olub, bundan sonra da belə olacaq və artıq bunun işartıları da görünür, belə ki, Ermənistan Rusiyadan qopmaq, aralanmaq siyasətini yürüdür. İndi bu mümkün olmasa da, buna hazırlıq gedir.

Ermənilər haqqında hələlik bu qədər.

Qayıdaq 10 dekabr  Zəfər paradına. Bununla bağlı " Zəfər paradı" adlı esse yazdım və onu hörmətli oxucuların diqqətinə çatdırıram.

Həsrətini çəkdiyimiz, günəşin altında susuz qalmağımıza, şaxtasına, ağrısına-acısına dözməyimizə baxmayaraq yel də gələndə, sel də gələndə çölə çıxıb elə bilirdik sən gələrsən, Zəfər Paradı .

Sənin üçün hazırlaşırdıq, sənin üçün oxuyurduq, səni gözləyirdik, ey möhtəşəm Zəfər Paradı!

Sənin içində nələr yoxdu?

Son iki yüz ildə param-parça olmuş  ruhumuzun birləşməsi, bütövləşməsi başlayır səninlə.

Parçalanmış ruhumuzla yanaşı, bölünmüş Vətənimiz də  vardı. İndi Vətənlərimiz də səni həsrətlə  gözləyir.

Sənə qədər nələr yaşamadıq?

Torpağa qan qarışdı, Vətən demədik. Vətən yadların əlində idi. Vətən  üçün vuruşmadıq, çünki özəl Dövlətimiz yox  idi. Bir qardaşım bir vətəndə, o biri qardaşım başqa  Vətəndə, qarşı-qarşıya vuruşurdu. Sən qurtardın bizi hərc-mərclikdən, nisgildən, sıxıntıdan, yadlara işləməkdən,  boyun əyməkdən, baş endirməkdən, diz çökməkdən, Zəfər Paradı.

Cümhuriyyət yaratdıq, üç rəngli bayrağımızı göylərə ucaltdıq. Dövlətlər içində yer almaq istədik, qoymadılar. Gizlində  söylədilər: "Bunlara müstəqil dövlət yaratmaq olmaz! Olsa, çox irəli gedərlər, həmişə başı qapazlı etmək, qorxu altında saxlamaq lazımdır, gərəkdir. Bunları yüksəklikdə saxlamaq olmaz".

Bayrağımızı endirdilər, unutdurmağa çalışdılar. Bölünmüş torpaqlarımızı, Vətənimizi yenidən, lap  yenidən bölüşdürdülər. Bu dəfə  lap dəhşətli  idi. Əlindən alınan torpaqda, vətəndə  yaşaya bilməzsən. İndi də Vətənsiz olmalısan. Həsrət, nisgil, vətənsizliyi şeirlərdə, mahnılarda yaşatdıq. Ölmədik, yaşaya-yaşaya öldük, ölə- ölə  yaşadıq.

Sən qaldırdın aramızdan qorxu- hürkünü, həsrəti, nisgili, əzilən, alçalan bayrağımızı yenidən ucalığa qaldırdın, Zəfər Paradı!

Bu dəfə həm də könül, can ucalığına qaldırdın  Azərbaycanı! Sən sübut etdin: "Bir kərə qalxan bayraq, bir daha enməz!" Səndən ötrü can da verdik, qurban da verdik. Üçrəngli bayrağa görə şəhid də verdik, Zəfər Paradı!

Qətlə yetirimiş cocuğu əlləri üstündə göyə qaldırıb fəryad edən Ananın qisasını sən aldın. İmkan vermədin ki, cocuqlar, atalar, analar Vətənsiz yaşasın. Vətən həm uğrunda ölən, həm də orada dəfn olunanda Vətəndir.

Sən sındırılmış qürurumuzu geri qaytardın, əyilmiş belimizi dikəltdin, oğrun gözlərimizdə utancaqlığı sildin, min illərdir babalarımızın daşıdığı Qüruru, Mənliyi yenidən fəxrlə köksümüzdə daşıtmağa başlatdırdın,  göz qıpıqlığını, baş qaxınclığını aradan qaldırdın. "Millətin namusu sərhəddən başlayır" deyib başbilənimiz. Sən kiçik vətəndə, Azərbaycanda Dövlətinin Milli Namusunu qorumağı bacardın, sərhədlərini bərpa etdin,  bütün düşmənlərinin ürəklərində sənə qarşı gəzdirdikləri hiylə-fəsadı, fitnələri heç etdin, puç etdin. Hayqırdın ki, mən də  varam, sınmaram. Dövlətimin "imzasını imzalar içində" görmək haqqımdır. Haqqına sahib oldu Dövlətim, Millətim sənin hesabına.

Sənin hesabına parçalanmış Ruhumuz birləşir. Qalib Ruhumuz Zəfər Paradına çevrilib Qarabağı dolaşdı, Bakı  küçələrində gəzir, hər evin, hər ürəyin sahibidir Zəfər Paradı.

Qürurumuza qürur qatdın. Şanımıza şan, sanımıza san verdin. Susuz qalana su, ac olana çörək verdin, ruhsuz gəzənə ruh, mənlik verdin. Şübhəli gəzənlərin dumanını yağışdan sonra çıxan günəş kimi dağıtdın.

Dövlətimizin, millətimizin şah əsərinə, şeirlərinə çevrildin.

Sən ilk Zəfər Paradısan, amma sonuncu olma. Dövlətimizin, millətimizin sənə hər zaman ehtiyacı olacaq. Sən olduqca Azərbaycanın adı göylərə ucalacaq, yenilməzliyin tarixdə yaşayacaq.

İrəli Azərbaycan, İrəli Zəfər Paradı!

...Ermənilər, elə  Ermənistan kimi bu məğlubiyyətin nəticəsində  dərin, iqtisadi, siyasi, mənəvi böhran keçirirlər. Bu böhrandan nə zaman çıxacalar, o da bilinmir. Hətta mətbuatda yazırlar ki, Ermənistan dövləti özünü defolt elan edəcək, yəni müflisləşməni rəsmiləşdirəcək, çünki Azərbaycan ordusu ərazilərimizi işğaldan azad etdikdən sonra büdcəsinin böyük bir hissəsini Qarabağdan formalaşdıran İrəvan indi quru yurdda qalıb.

Ərzaq bahalaşması sürətlə davam edir.

Əlbəttə, müstəqil dövlətimiz və ordumuz olmayanda ermənilər hamilərinin vasitəsilə  istədikləri siyasəti  bizə qarşı tətbiq edə  bilir, müxtəlif vasitələrlə  ərazilərimizi Ermənistan torpaqlarına qata bilirdilər. İndi isə vəziyyət tamam başqadır.  Dövlətimiz, onun iqtisadiyyatı, ordusu, xarici siyasəti daha da gücləndikcə ermənilər zəifləyəcək, bizə qarşı hansısa siyasəti yürütməkdən çəkinəcəklər. Ancaq, bu o demək deyil ki, onlara yenə də yaxınlıq göstərək, süfrəmizin başında otuzduraq, sonra elə öz evimizdə də, imkan düşən kimi kürəyimizə xəncər saplasınlar. Onları həmişə məsafədə saxlamaq lazımdır. Tarix ibrətdir və keçmişdə  olanları heç zaman yaddan çıxartmaq olmaz.


FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN

<