SON DƏQİQƏ

Əyani tədris bu formada olacaq – Rəsmi

Tarix:

27-01-2021, 13:30

/ 6 984 dəfə oxundu.
Əyani tədris bu formada olacaq – Rəsmi

Əyani tədris keçirilən məktəblərdə şagird sayı çox olan siniflər qruplara bölünəcək. Bu məktəblərdə mütəmadi olaraq monitorinqlər aparılacaq və ictimaiyyətə məlumat veriləcək.

Bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva deyib. O bildirib ki, tədrisdə növbəlilik tətbiq olunacaq və növbələr arasında tədris otaqlarında, dəhlizlərdə, yeməkxanalarda və sanitariya qovşaqlarında təmizlik və dezinfeksiya işlərinin aparılması üçün 60 dəqiqəlik fasilə nəzərdə tutulur:

"Operativ nəzarət üzrə məsul şəxslər təyin olunacaq. Təhsil müəssisəsinə daxil olan şəxslərin termal kamera sistemləri və ya təmassız termometr vasitəsilə hərarəti ölçüləcək, bədən hərarətinin 37,1 dərəcədən yüksək olduğu müəyyən edildikdə onların müəssisəyə daxil olmasına icazə verilməyəcək. Tədris prosesindən kənar kütləvi tədbirlərin keçirilməsi də yolverilməzdir. Əyani formada tədris və təlim prosesinə yaşı 65-dən aşağı olan təhsilverənlər cəlb olunacaq.

Təhsil müəssisəsində sıxlığın qarşısının alınması və fiziki məsafənin təmin olunması məqsədilə müəssisənin bütün qapılarının giriş və çıxış üçün istifadəsi təmin ediləcək”.

M.Vəliyeva qeyd edib ki, təhsil müəssisələrinə giriş və çıxış zamanı şəxslər arasında minimum 1,5 metr sosial məsafə təmin olunacaq.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ