SON DƏQİQƏ

Şagirdlərin qış tətili olacaq? - Rəsmi

Tarix:

12-01-2021, 11:20

/ 5 945 dəfə oxundu.
Şagirdlərin qış tətili olacaq? - Rəsmi

Təhsil Nazirliyi oktyabr-noyabr aylarında olan iki həftəlik tətillə əlaqədar şagirdlərin qış tətilinin (27-31 yanvar) kompensasiya edilib-edilməyəcəyi ilə bağlı açıqlama verib.

Nazirlik ümumi təhsil müəssisələrində tədris ilinin müddətinin (o cümlədən, tətillərin vaxtı və müddəti) Nazirlər Kabineti tərəfindən müəyyən edildiyini bildirib.

Həmin tətillə bağlı yaxın günlərdə açıqlama veriləcəyi deyilib.

Xatırladaq ki, pandemiya ilə əlaqədar oktyabrın ortalarından noyabrın 2-dək şagirdlərə iki həftəlik tətil verilmişdi. Bu səbəbdən noyabrda şagirdlər üçün nəzərdə tutulan 5 günlük payız tətili ləğv edilib və həmin tətil müddətində şagirdlər distant formada təhsillərini davam etdiriblər.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ