SON DƏQİQƏ

Təbrizdə NAMAZ

Tarix:

18-12-2020, 09:56

/ 5 444 dəfə oxundu.
Təbrizdə NAMAZ

  Əfəndilər bu gecə Təbrizlə bağlı qəribə bir yuxu görmüşəm. Bu anda İranla bağlı bir maraqlı söhbət yadıma düşdü onu sizə ərz eliyim, sonra yuxumu danışaram.
 Deməli mənim bir kirvəm var, o gedir Naxçıvandakı İran konsulluğundan viza almağa. O vaxtlar İrana vizayla gedirdik, həmdə o qədər adam olurdu ki, peşman olurdun viza almağa. Nə isə mənim bu yazıq kirvəm novbə "birka"sını alır və baxır ki, növbədə 126-cı adamdır, başqa çarə olmadığından durur növbəyə. 3 saatdan sonra növbəsi çatan kirvəm pasportun uzadır konsulluğun işçisinə kirimişcə gözləyir. (Xatırladım ki o məkanda ağanın sözünün üstünə söz deyə bilməzsən nə qərar versə ağalar verər). Ağa konsul işçisi pasportu vərəqləyə-vərəqləyə deyir ki:
  - Kişi bu uşaqlarınan gedəcəksən? (Pasportda şəkili olan uşaqlarını nəzərdə tutur)
Kirvəmdə xamlıq edib Türkiyə şivəsində: 
 - Əvət əfəndim.
Elə əvət əfəndim sözü ağzından qurtarmamış pasport qulağının dibindən vızıldayır.
   - Get dur növbənin axırında yenidən gələrsən.
Yazıq kirvəm nə kəradır getməsin. 4 saatdan sonra növbəsi çatan kirvəm dua edir ki, ay 12 imam barı qüsur söz danışmıyardım.
   - Gəldin?
   - Əvət əfəndim.
Pasport yenə vızıldayır qulağın dibindən. Get dur növbənin axırına. (Ay kirvə səndə görürsən ki, cavab verəndə quşlayırsan, başınla hə yox de da. Ə.İ). Nəisə, növbədə adam qurtarırmış. 3-4 adamdan sonra növbəsi çatan kirvəm yaxınlaşır balaca pəncərəyə.
   - Hmm ağlın başına gəldi?      
   - Əvə...  Əşi verirsən ver, vermirsən də özün bilərsən. Diplomat qağamızın da ürəyi yumşalır bilmirəm, ya yorğunluqdan vizanı verməyinə verir, amma güclü də bir məsləhət verərək deyir:
   - Heç vaxt İran konsulluğunda Türkücə danısma yaxçi?
Kirvəmdə almaz salmaz deyir:
     - Baş üstə Əfəndim.
Mən o konsulun yerinə olsaydım kirvəmə yox ey kirvəmin kirvəsinədə viza verməzdim.
Qayidaq Yuxu məsələsinə. Yuxuda görürəm Təbrizdə dostum gilə qonağam. Bu dostumda mənim kimi yeyib içməyə üstünlük verəndi. Namazla-niyazla heç işi olmaz. Təbrizli olmağna baxmayın heç siyasətlədə işi olmaz. Hansı ki, İranda ən qaynar siyasi yer Təbrizdir. 
Elə təzəcə görüşüb söhbətləşirdik ordan-burdan, birdən bu ilan vurmuş kimi əlindəki soyuq şərbəti qoydu masaya.
     - Ağayi Ədib əzan verildi duy namazımızı qılaq sonya söhbət edə-edə pənco-pəncoda vurarıq.
     - Ay qardaş namaz hardan çıxdı, sənki namaz qılan deyilsən. O ki, qaldı mən əzan səsi eşitmədim axı.
Hə biraz diqqətlə qulaq asdım, əzan nədi düpbədüz bizim xalq mahnısı "Ay qız, ay qız, amandı" xalq mahnısını oxuyurdular.      
    - Ağa bu ki bildiyimiz xalq mahnısıdır bu hardan əzan oldu?
    - Bə sizün xəbəriviz yoxdu, 4 gündü bütün Təbriz bu mahnını əzan kimi, sözlərinidə namaz kimi istifadə edir.
    - Bıy sənədə sənin namazınada qurban olum di dur başlayaq. Ancaq demədin axı necə qılacağıq?
    - Burda çətin heç nə yoxdur Ədib ağa. Əlimizi açırıq Ulu Tanrının dərgahına və bu sözləri oxuyuruq.
                                          Arazı ayırdılar,
                                          su ilə doyurdular.
                                          Mən səndən ayrılmazdım,                                           
                                         zor ilə ayırdılar
Baxdım məni möhkəm möhkəm silkələyirlər. A kişi səsin özünə xoş gəlib? Səni kimdın ayırırlar? 
Ömrümdə bircə dəfə namaz qılmaq istədim o da belə. 
Hə ay elimin baş bilənləri, münəccimləri, yuxu yozanları görəsən bu yuxudan mənə və Ulu Millətimə bir zərər gəlməz ki? Yenədə pənah allaha.
Ədib İSAQOĞLU
 
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ