SON DƏQİQƏ

İlkin deyən…

Tarix:

10-12-2020, 12:17

/ 6 092 dəfə oxundu.
İlkin deyən…

Həyasıza salam ver keç, amma deyəsən hər həyasızı nəzərə almayıblar Ulularımız. Erməniləri nəzərdə tuturam. Bu Ayvazyanda həyasızlıqdan ziyadə, deyəsən birazda İsa baba deməli İlkin deyəndi. Deməli İlkin uşaq vaxtı kiməsə hirslənib deyib huydurum. Bu beqabiliyyət söyüşdən sonra İsa baba kimə huydurum deyəcəkmişsə elə qısaca deyirmiş buda deyəsən İlkin deyəndi.

Hə, onu da xatırladım ki, İlkin də Şuşanı fəth eliyənlərdəndi. Deyəsən Ayvazyanı narahat edən bu dəfə İlkin sözü yox, özü olub…

Nə isə keçək mətləbə. Hamımızın yaxşı yadındadır İlkin deyən (Paşiki deyirəm əslində bunların elə hamısı İlkin deyəndi – Ə.İ.). hakimiyyətə gələndə bizə çox və həddən çox sataşdı. Sən demə bu elə bizim adammış. Bizi qızışdırırmış. Baxdı ki biz hələ də yatırıq, Tovuza hücumdan sonra bizi ayıltdı yuxudan. Maşallah keçmə Türkündə yuxudan ayılmasından da. İkicə gündə durdurmasaydılar Qarabağda İlkin deyən qalmıyacaqdı. Demək Paşikə də, Ayvazada hər ikisinədə Ermənistanda Türk cocuğu deyirlər, biz isə bütün ermənilərə onun-bunun cocuğu deyirik…

Deyəsən yenə mətləbdən uzaqlaşdım. Baş, İlkin deyən (Paşik) yeddi rayon və Şuşanı qaytardı. Bu biri də Zingəzuru qaytarar, Ayvaz eloğludan gedir söhbət. Biz təzə bir İlkin deyən arzulayaq ki, Qərbi Azərbaycanı kökündən həll eləsin, bizdə rahat-rahat nəfəs alaq.

Eşq olsun İlkin deyənlərə!…

 

Ədib İSAQOĞLU

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ