SON DƏQİQƏ

Bir tarixi şəklin izi ilə…

Tarix:

15-10-2020, 12:37

/ 3 118 dəfə oxundu.
Bir tarixi şəklin izi ilə…


Bu şəkil 1963-cüildə Kəlbəcər rayonunun məşhur «İstisu»sanatoriyasına yaxın ərazidəkiTaxtabaşı deyilən yaylaqlarımızda çəkilib. O vaxt mənim dörd yaşım var idi. Qardaşım Vaqif, Niyaz yanımdadır.Bacım Məleykə və Qoca dayımın qızları Sevda, Seda, Solmaz, Rasim, Vaqif və digər doğmalarım.
Bu şəkilbir daha sübut edir ki bütün dünyaya hayqıram ki, ermənilər işğalçıdır. Mənim uşaqlıq illərimin yadigarı olan və 20 il Kəlbəcər yaylaqlarında dincəldiyimiz doğma yurdumuzu işğal ediblər. 30 ildir ki nə Ağdama, doğulduğum doğma yurduma gedə bilirəm, nə də Kəlbəcərə...
Biz hər yay aylarımızı Ağdamdan köç edərək üç ayıKəlbəcərin təbiəti qoynunda keçirərdik. Alaçıq qurub yurd salardıq. Alaçıq quran mütəxəssislər, çobanlarvar idi. Uzun, hamar çubuqların bir ucu yerə bərkidilir, o biri ucu isə digər çubuğa bağlanardı. Müvəqqəti evimiz - alaçıgımiz beləcə qurulardı. Üzərinə çadır, yəni palatka çəkilərdi. Yerə keçə döşənərdi. Divarlara xalça palaz asılardı. Qatlama çarpayılar, yorğan döşək, dolu fərməşlərimiz, somavarımız, bütün ərzaq məhsullarımız da yerbəyer edilərdi. Atam İlyas Allahverdiyev«Kommunist» qəzetinin zonalar üzrə xüsusi müxbiri vəzifəsində işləyirdi. Bizi yerbəyer edəndən sonra uşaqları qardaşdan da çox xətrini istədiyim dostu Qoca dayıya tapşırırdı. Hər şənbə və bazar günləri atam bizə baş çəkərkənqoyun kəsilərdi. Uşaqlar hamısı kişilərin ətrafına yığılardı. Qoca Gözəlov Beyləqanda Yun tədarük məntəqəsinin müdiri idi. Böyük hörmət və nüfuz sahibiydi.Bir tarixi şəklin izi ilə…
Burada iri qaya parçaları var idi. Bəlkə də nə vaxtsa dağ qoparaq hər tərəfə yayılmışdı. Qaya parçalarının üzərində xına daşlardan dırnağımıza həna qoyardıq. Qızları görərkən çeçələ barmağını gizlədərdik. Həya, abır gözlənilirdi. Göy otluqda təzə qaloşlarımızla gəzmək necə də rahat idi.
Biz uşaqlar birlikdə Gəlin qayasını gəzərdik. Göy çəmənliklərdə bitən min bir ətirli kəklikotudan, qantəpərdən, Qırpbuğumdan, sarı çiçəkdən yığardıq. Anam təbii otları carpayımızın alt hissəsində sərib qurudardı. Somavar çayında dəmlənən təbii otların ətri hər tərəfə yayılardı...
Tatarlar çayında çimərlik, qızıl balıqdan tutaraq Çarıq bulağının ətrafındaca kabab edib iştahla yeyərdik.
Dağın zirvəsindəndərəyə boylanardıq. İlahibu yerlərə necə də gözəl rəng qatmışdı. Təbiət al-əlvan saf vənecə də gözəl idi. Uşaqlar bir-biriylə mehriban dolanardı. Paxıllıq hissi olmazdı. Bir tərəfdə yağış, dolu yağardı. Bir tərəfdə isə gün çıxardı. 15 dəqiqə keçməmişdi ki, yağışdan birəsər-əlamət dəqalmazdı. Yaşıl otların arasında ağ göbələklər boy atardı. Biz dağın döşündən ağ zəmiyə tərəf qaçışardıq. Hərəmiz birgöbələk topasınasahib olardıq. Ocağın üstündə göbələkləri bişirib duzlayıb elə oradaca iştahla nuş edərdik. Belə xoş günlər keçirdərdik…
Özümüzü böyük uşaqlara oxşadardıq. Qoca dayının oğlu Mikayıl, Rövşən kimi olmağa çalışırdıq. Tatallar çayının kənarında hərəmiz çubuqla torpağı eşələyib bulaq tapardıq. Dərhal qazdığımız yerdən bulaq qaynayardı. Hər gün gəlib bulaqlarımıza baxardıq.
Bu Mikayıl bulağıdır. Bu isə Rövşən bulağı. O biri bulaqlar Vaqif, Niyaz, Rauf, Rasim, Alim, Cavanşir bulaqları idi…
Sızqa gurlayan Mikayıl bulağı sonradan Şuşada gurladı, coşdu, parladı. Sərkərdə oldu, Yağı düşmənə sinə gərdi. Ruhun şad olsun Mikayıl Gözəlov. Sən Şuşaya arxa idin. Satqın, namərdlər sənə qıydı. Amma sən hər birimizin qəlbinə köçdün. Əbədi məskən saldın.
Ruhun şad olsun Mikayıl, gözlərin aydın Ordumuz qələbə qazanır. Füzuli, Cəbrayıl, Hadrud rayonlarımız işğalçılardan azad olunub. İnşallah Ağdamı da, Kəlbəcəri də, Şuşanı, Laçını, Qubadlını da azad edəcəyik. Yurdumuza dönəcəyik. Mərzili kəndində Rasim qardaşımız el obamıza göz aydınlığı verəcək. Qoç qurbanlar kəsiləcəkdir. Sevinc göz yaşlarımızla bir-birimizi Qələbə münasibətilə təbrik edəcəyik, İnşallah…

Rauf İLYASOĞLU

 


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ