SON DƏQİQƏ

Korlanmış BEYİNLƏR!!!

Tarix:

2-06-2020, 18:36

/ 4 166 dəfə oxundu.
Korlanmış BEYİNLƏR!!!

ZəmanəŞÜNAS

El arasında belə bir söz var, "it yiyəsini tanımır". Yəni, özbaşınalıqdır kim nə istəyir edir. Bizən də belə deyirlər, "heç kim heç kimin kitabını oxumur". 
Hər iki misalın mənası eynidir. Mən isə deyərdim ki, dünyanın başı xarab olub!!! ruslar demiş "mir soşol s uma"... 
Əvvəla başlayaq itdən. Görək niyə yiyəsini tanımır!? Dünyanın vargəliylə uyğunlaşdırsaq məsələn, ÜST Trampı tanımır artıq. Təhqir olmadı ki? Olsundaa... Quduz it kimi ölkələri dişləyə-dişləyə gedir bu ÜST( Ümumdünya Səhiyyə Təşkilatı). O gün bir hörmət etdiyim jurnalist xanım yazıb ki, Ümumdünya yox, O dünya səhiyyə təşkilatı... O qədər gülmişəm. Düz deyirdəə. ABŞ əlini üstündən götürdüsə, o dünyalıqdır. Amma, öz aramızdır, bu son 2-3 ayda öyrəşmişdik o qara kişiyə. "Okazıvaetsya” Efiopiyadan imiş, işə baxee... Getsin öz ölkesinin səhiyyəsini düzəltsin bir, sonra dünyayla məşğul olar. Kim qoyub onu ora, kim təyin edib, kim onu dilləndirir indi? Deyirdik yəqin Tramplıqdır. Kişi çıxıb dedi ki,mənlik deyil. 1-2 böyük ölkə də desəydi "mənlik deyil” bu pandemiya zəhrimar götürülərdi aradan. Yiyəsiz iti kim qəbul edər ki? Küçə itini ya vurarlar, yada ki, tutub salarlar "pitomnikə”. Həyətə kim buraxacaq ki,onu? Razi Nurullayev bizim adammış, deyir ki, camhat normal xəstələnə bilmir, həkim yanına getməyə qorxur ki,analiz götürüb koronavirus damğası vurarlar. Hətta deyir ki, ölməyə də qorxurlar. 2000-3000 pul təklif edirlər ki, yazsınlar o zəhrimardan ölüb. Maraq nədir görəsən? Bu 2000-3000 pulu kim buraxır? Kimə lazımdır görəsən? Deyəsən koronavirus kolleksionerləri də varmış. Camahatla bu dildə danışmaq olmaze... Pul köpəyoğlu şeydir, qabağında dayana bilmezsiz aa... Məndən demək. Nə isə, qayıdaq Trampa. 
Deyirəm, Trampı ÜST-ü bu dünyanın başbilənləri barışdırsın Çünki, qorxuram gedər başqasın tapar. Dedi axı, gedib başqa səhiyyə təşkilatlarıyla əməkdaşlıq edəcəyəm. O təşkilat da bir başqa virus atar ortaya evimiz yıxıldı. Çinlilər də heç kimin kitabını oxumur. Dirənəcəklər ki, bizim icad etdiyimiz virus yaxşıydı. Bax onda əsl qiyamət qopacaq. Dünyanın başı onsuzda xarabdır. Bir az da xarab olar. Azərbaycanlılar üçün fərqi yoxdur əslində. Bizim itimiz bizi tanımasa da olar,kitabımızı oxumasalar da olar, dünyanın başı xarab olub qara cəhənnəmə olsun, bizim işimiz getsin. Öyrəşmişik belə şeylərə. Bir it vardı erməni adında. Yetmiş il saxladıq, bəslədik, yedirdib-içirtdik, axırda da özümüzə cumdu. İndi də elə quduzlaşıb ki, qapa-qapa gedir. Biz tərəfə də tez-tez hürür. O gün də gedib çıxdı Şuşada hürdü. Nə vura bildik,nə də tuta. Heç qayadan da tullaya bilmədik Paşınyanı. Dar gün üçün aldığımız, saxladığımız silah-sursat da kara gəlmədi. Təpərimiz çatmadı yəqin. Qapmağından qorxduq o itin. Öz içimizdəki çaqqal-çuqqal da bir yandan başladı. Biri deyir, Ramil Səfərov qəhrəman deyil,o biri deyir cinsi azlıqların da hüququ var, bir başqası da 30-40 dənə medalı birtəhər yerleşdirib yaxasına deyir ki, 70-ci illərdən bu yana nə müharibə olubsa hamısında iştirak etmişəm. Ona deyirler ki, ay kişi, sənin yaşın çatmır axı Nəcibullaya zada... Deyir dəxli yoxdur,verib ki, verib. İt yiyəsin tanımır əşşi... Allah Prezidentin canını sağ eləsin, hərdən gündəmi dəyişir. Rüşvətxordan, korrypsionerden bir ikisini basdırır içəri, işdən də çıxardır bəzilərini. Ve o işdən çıxanların dalınca danışanlar, yıxıb sürüyənlər dünənə kimi yiyəli itlər olur adətən. Ev alan kim, maşın alan kim, obyekt sahibi, xarici səfərlər, kabinet, katibə... Mənim də bir vaxtlar haqqım yeyilib, şərlənmişəm, tutduğum mövqeyimdən uzaqlaşdırılmışam. Vicdanım yol verməyib kiminsə ardınca nəsə danışım. Yanımdakı tula it indi başqasının tulasıdır. Eşitdiyimə görə heç sümük de atmır yiyesi qabağına. Tulalığını  atmır ki, atmır. Yüksək mənsəb sahibi: "seni bir itin səhvən hürməsiylə uzaqlaşdırmışam, niyə şikayət etmədin?” deyende sadəcə dedim ki, çörək kəsmişik axı səninlə. Dinmədi... Sadəcə, təşəkkür etdi. Bax belə-belə işlər. Arzu edirəm ki, bütün itlər öz yiyələrini tanısın, hamı bir birinin kitabını oxusun, dünya da bu bəladan tezliklə qurtulsun... Gələn görüşlərədək...
 P.S. Lap yadımdan çıxmışdı. Şəkiyə gələn ayını da tutdular. Yazığa o gədər əzab veriblər ki, axırda deyib "birde nəinki Şəkiyə, ümumiyyətlə Azərbaycana gəlsəm atama lənət "...
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ