SON DƏQİQƏ

2-ci yarımil belə qiymətləndiriləcək- Nazir

Tarix:

7-05-2020, 17:16

/ 2 012 dəfə oxundu.
2-ci yarımil belə qiymətləndiriləcək- Nazir

2019-2020 tədris ilinin ikinci yarımilinin qiymətləndirilməsi nəzərdə tutulmur.

Bunu Təhsil naziri Ceyhun Bayramov Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün baş tutan brifinqində deyib.

Nazir bildirib ki, şagirdlərin növbəti sinifə keçirilməsində birinci yarımilin nəticələri əsas götürüləcək və bunun əsasında yekun qiymətlər çıxarılacaq. Qiymətlərindən narazı olan şagirdlər müraciət edərək öz nəticələrini düzəldə bilərlər.

Nazir qeyd edib ki, artıq virtual tədrisə qoşulan şagird və müəllimlərin sayı 900 minə çatıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ