SON DƏQİQƏ

VƏTƏN NEMƏTİNİ VƏTƏNİN DAR GÜNÜNDƏ YANINDA OLMAYANLARIN BAŞINDAN NİYƏ TÖKÜRSÜNÜZ?! CAVİD İSMAYIL YAZIR

Tarix:23-03-2020, 20:22 Oxunub:1 321

Koronavirus bəlası bir imtanahdır. İnşallah inanıram ki, Vətənimiz bu bəlanı zəfərlə aşacaq. Bu bəlanı zəfərlə aşmaq məcburiyyətindəyik. Çünki ən böyük ağrımız Qarabağımız işğaldadır. Qarşıda koronavirusdan qat-qat zərərli erməni virusu var. Onun başını nə qədər ki əzməmişik, ölüm bizlərə haramdır!
Məlumdur ki, Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradıldı və bu fonda insanlarımız könüllü olaraq kimin imkanı nəyə çatırsa, ödənişlər etməyə başladılar. Sosial şəbəkələrdən də görürəm ki, insanlarımız bu çağırışa biganə qalmır, öz ehtiyacları olsa belə 1 AZN ödəməklə, bu ağır gündə Vətənin təhlükəsizliyinin yanında yer alaraq həmrəylik nümayiş etdirirlər.
Onu da qeyd edim ki, Dövlətimiz güclü və qüdrətli dövlətdir. Öz üzərinə düşəni edir və etməkdə də davam edəcəkdir. Qeyd etdiyim kimi bu bir sınaqdır! Eyni zamanda həmrəylik göstərmək üçün bir meydandır. Elə bu kontekstdə gözüm bir vaxtlar Azərbaycanın müstəqilliyinin əleyhinə olan, ümummilli lider Heydər Əliyevin fiziki məhvinə çalışan, "demokrat” olub minbir budaqda oturan, Dövlət Himnimizə dil uzadan, Dövlət Gerbimizə Qalxan deyən, seçkiqabağı marafonda namizədliyini geri çəkmək üçün opponentlərinə külli miqdarda pul təklif edənləri axtardı. Yenə də bu tarixi sınaqda görmədim. Hardasınız?! Səsiniz gəlmir!
VƏTƏN naminə lazım olanda tapılmayanlar, sifətdən sifətə keçənlər, xamelyon tək rəng dəyişərək, Vətənin səfalı zamanlarında daima faydalanırlar. Elə düşünürəm ki, bu yazımdan sonra bəlkə də ödəniş edərlər. Amma nə fayda?
Sizlər Vətən naminə xalqımızın birliyi və həmrəyliy naminə mövqe ortaya qoymalı idiniz. Siz isə….
Əslində bu mənim üçün gözlənilməz olmadı. Özlüyümdə, növbəti dəfə belə bir sual aktuallaşır. Vətən nemətini Vətənin dar günündə yanında olmayanların başından niyə tökürsünüz?!

 

 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN

<