SON DƏQİQƏ

Novruz bayramı haqqında biz nə bilirik?

Tarix:

20-03-2020, 10:53

/ 1 956 dəfə oxundu.
Novruz bayramı haqqında biz nə bilirik?

 ( Mənim düşüncələrim) 
Reyhan MƏMMƏDƏLİYEVA,
"Az.TERMOİZOL” ASC-nin referenti
Novruz gəlir, yaz gəlir
Bahar necə gözəldir?
Əhvalımız dəyişir,
Sevgimiz ülviləşir.
Göydə uçan qaranquş
Novruzdan xəbər verir
Novruzgülü, bənövşə
Qaranquşa səs verir
Qoy bu Novruz əhvalı
İl boyu davam etsin
Hamımızı pak, sağlam
Təzə ilə yetirsin
Lap uşaq yaşlarımdan bu mahnı mənim ən çox sevdiyim mahnılardan biri olub. Yəqin buna görə də mən Novruz bayramını çox sevmişəm. Amma çox təəssüf hissi keçirirəm ki, mənim yaşıdlarımın və ümumiyyətlə indiki cavan nəslin Novruz bayramlı haqqında məlumatları çox azdır. Hətta Novruz bayramını böyük coşqu ilə keçirmirlər. Ona görə də belə qərara gəldim ki, bu bayram haqqında öz bilgilərimi oxucularla bölüşüm və mənim həmyaşıdlarımın da bu bayram haqqında lazım olan kimi məlumatları olsun.
Novruz bayramı yazın gəlişini simvolizə edən qədim xalq bayramıdır. Bu bayramın tarixi mənbələrdə ulu Zərdüşt dinindən gəldiyi qeyd olunur. Eyni zamandabu bayram Hicri-şəmsi və Bəhai dininin təqvimində də yeni ilin ilk günü kimi qeyd olunur.
Novruz yeni gün və Bahar bayramı olmaqla Şimal yarımkürəsində astronomik yazın başlandığı, gecə-gündüz bərabərliyi günündə , yəni martın 20-si, 21 və 22-də keçirilir. Bir sıra xalqlar ta qədimdən yaz fəslinin gəlməsini təbiətin canlanması ilə bağlayıb və bu münasibətlə şənliklər keçirib, onu yeni ilin başlanğıcı kimi bayram ediblər. Qədim zamanlardan başlayaraq Azərbaycanda, İranda, Əfqanıstanda, Tacikistanda, Özbəkistanda, Qazaxıstanda, Türkiyədə, Qırğızısnatda, Krım tararlarında, kürdlərdə və bir çox Şərq ölkələrində baharın - yeni ilin gəlişini şənliklərlə qarşılayırlar. Yuxarıda yazdığım kimi bu bayram əsasən martın 20, 21 və 22-də gecə-gündüzün bərabərliyi günlərində böyük bayram kimi keçirilir. Bu bayram həm də İran və Əfqanıstanda rəsmi təqvimin ilk günü kimi sayılır.
Dünya xalqlarının bu bayramı yüksək səviyyədə və milli bayram kimi keçirməsinə görə 2009-cu ilsentyabr ayının 30-da Novruz YUNESKO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilib və 23 fevral 2010-cu ildə isə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 64-cü sessiyasının iclasında mart ayının 21-i "Beynəlxalq Novruz Günü" kimi elan edilib. Novruz bayramı Azərbaycanda da geniş miqyasda qeyd olunduğu üçün bayram ərəfəsi qeyri-iş günləri elan olunur.
Yuxarıda yazdığım kimi Novruz bayramının mənşəyi çox qədimdir. İslam dini Yaxın Şərq və Orta Asiya ölkələrində yayıldıqdan sonra Ərəb xilafəti bu ölkələrin xalqlarının adət-ənənələrini, bayramlarını təqib etməyə başladı. Həmin xalqlar da Ərəb xilafətinin bu qadağalarına etiraz elədilər. İmam Əlinin taxta çıxdıgdığı vaxtdan isə Ərəb xilafəti bu xalqlara Novruz bayraminı qeyd etməyə rəsmi icazə verdi. Çox maraqlıdır ki, əksər xalqlar bahar bayramının əsl mahiyyətindən doğan bir sıra adət-ənənələri, oyunları indiyədək saxlamış və nəsillərə ötürməkdə davam eləyirlər.
Qırmızı İmperiyanın, yəni Sovetlər quruluşunun vaxtında da bu ölkənin tərkibində olan respublikalara- Azərbaycana, Qazaxıstana, Özbəkistana, Tacikistana, Qırğızıstana, Türkmənistana və başqa türkdilli xalqlara bu bayramı keçirmək qadağan olunsa da, amma həmin xalqlara bu qadağalara baxmauayaraq həmin bayramı keçiriblər. 1969-cu ildə xalqımızın böyük oğlu, Azərbaycan Mərkəzi Komitəsinin ikinci katibi Şıxəli Qurbanovun təşəbbüsü ilə Novruz bayramı şənliyi Azərbaycanda rəsmi bayram kimi keçirilməklə xalqın böyük marağına səbəb oldu.
Orta əsr müəllifləri də öz əsəsrlərində Şərq ölkələrində İslam dini yayıldıqdan sonra da Novruz bayramında yaz ənənələrinin, əkinçilik təqvimi etiqadlarının möhkəm yer tutduğunu yazırlar.Məşhur alim, filosof, dahi şəxsiyyət Əbu Reyhan BirunuNovruz bayramı haqqında müxtəlif rəvayətlərdən, onun yaranması səbəblərindən, bu bayram münasibətilə xalq arasında yayılmış adət-ənənələrdən geniş bəhs etmiş, Novruz bayramının təbiətin oyanması, əkinçilik təsərrüfatının başlanması ilə bağlı əsl dünyəvi bayram olduğunu tutarlı faktlarla qeyd etmişdir.
Hətta böyük alim, filosof Nizami Mülk"Siyasətnamə" əsərində Novruz bayramından yazın gəlişi ilə əlaqədar keçirilən kütləvi xalq bayramı kimi bəhs etmişvə bu haqda geniş yazmışdır. Novruzun gəlişi klassik Şərq, o cümlədən Azərbaycan poeziyasında geniş yayılmışdır. Həm də "Bahariyyə” adlı lirik şeirlərdə də təsvir və yüksək səviyyədə tərənnüm edilib.
Novruz bayramında müxtəlif oyunlar keçirilir. Bunlara- atırma, halay, bənövşə, cıdır,
ənzəli, Kosa-Kosa və bu kimi oyunları aid edə bilərik. Çox əfsus ki, indi bu oyunlar demək olar ki, məmləkətimizin çox yerlərində keçirilmir.
Yuxarıda yazdığım kimi "Novruz" , "Yeni gün" təbiətin canlanmasıdeməkdi. Ona görə də ta qədimlərdən elimizin adətinə görə hər evdə səməniqoyular, təmizlik işləri görülər, ağac əkilər, küsülülər barışar bu bayramda.
Novruz bayramında göyərdilən səməni yazın gəlməsinin, təbiətin canlanmasının, əkinçiliyin rəmzidir. Bu bayrama ta qədimlərdən başlayaraq, dörd həftə qalmış, insanlarımız hər çərşənbə axşamı və bayram günü tonqal qalayır, mahnı oxuyur, oda, atəşə, günəşə olan etiqad və inamını ifadə edirlər. Bütün bu mərasimlər də hələ İslamdan çox-çox əvvəl mövcud olmuş qədim Şərq ənənələrinin davamıdır. Deməli, xalqımız və bütün türkdilli xalqlar bu bayramı çox qədimlərdən keçirməyə başlayıblar. Ona görə də bu bayram bizim milli bayramımızdır.
Hətta Çin mənbələrinə görə, baharın qədəm qoyması ilə əlaqədar mərasimlər "Yengi Kun” adı ilə Hunlar və Göytürklər dövründə bayram kimi qeyd edilirdi. Miladdan öncə ikinci əsrdə yaşamış Çin tarixçisi Simaçen "Tarixi xatirələr” adlı əsərində Hun hökmdarlarının yeni ildə-Novruzda bayram keçirdiklərini qeyd edib.
Qədim inanclara görə isə kainat 4 ünsürdən - suodtorpaq və havadan yaranıb. Ona görə də hər il 4 çərşənbə Novruzdan, günün bərabərləşməsindən əvvəl qeyd olunur. Bu çərşənbələrdən birinci- su çərşənbəsi adlanır. Yəni bahara doğru çayların azacıq buz bağlayan yerləri əriyib çaylara tökülür. Torpaq yavaş-yavaş islanmağa başlayır. Ona görə də ta qədimlərdən qızlar bulaqlardan sərin, şirin su gətirərdilər, evin ətrafına çiləyərdilər, üzlərini yuyardılar.
İkincisi- od çərşənəbəsi adlanır. Ona görə ki, bahara doğru günəş yavaş-yavaş torpağı qızdırır, isindirir, onu yaratmaq üçün hazırlayır. Od çərşənbəsində ta qədimdən insanlar tonqallar qalayardılar. Hər ailə üzvünün adına bir şam yandırardılar. Xonçalar düzəldilərdi.
Üçüncüsü- yel çərşənbəsidir. Yəni yel artıq azacıq oyanmış torpağı, təzəcə çıxmış yaza həsrət gülləri tərpədir, tumurcuqlanan ağacları yellədir ki, onlar da oyansın.
Dördüncüsü- torpaq çərşənbəsidir. Torpağı ana təbiət su ilə islatdır, günəşlə isidir, onu yaratmağa hazırlayır. Ona görə də ta qədimdən insanlar ilk yaz əkinini xışla-kotanla məhz torpaq çərşənbəsi günündə başlayardılar. Yaşlı qadınlar isə "Səməni, saxla məni, ildə göyərdərəm səni",- deyib buğda isladardılar ki, ondan səməni göyərsin.
Ta qədimlərdən Novruz bayramının biri-birindən gözəl adətləri vardı. Əfsus ki, bunların çox yaddan çıxıb. Ona görə də mən cavanlarımızın yadına salmaq istəyirəm həmin adətləri:
1.Papaq atmaq. Qapıya atılan papağı boş qaytarmazlar. İçinə ləziz şeylər qoyardılar.
2.Qulaq falına çıxmaq. Əgər gizlin dinlənən evdən xoş söhbət eşidilərsə, bu arzunun yerinə yetəcəyinə işarədir. Əgər gizlin dinlənən evdən xoş söhbət eşidilməsə, təəssüfki, arzu yerinə yetirilməyəcək.
3.Tonqaldan tullanmaq. Tonqaldan tullarkən bu ifadə deyilir: "Ağırlığım - uğurluğum odda yansın". Bu, bizim millətin oda sitayişinin bariz nümunəsidir.
4. Səməni yetişdirmək. Bu yazın gəlişinə və bitkilərin oyanmasına işarədir. Ona görə səməni xonçaları bəzəyi olub ta qədimlərdən.
5.Yumurta döyüşdürmək. Oyunun nəticəsində asılı olaraq, tərəflərdən biri, yəni uduzan digərinin tələblərini yerinə yetirirdi.
6. Qonaq getmək. Novruzda qohumların və qonşuların evinə qonaq gedərlər, onlara Novruz payı apararlar. Bu da mehribançılığın, doğmalığın əsas əlamətidir.
7. Şam yandırmaq. Novruzda ailənin sayı qədər şam yandırarlar. Yəni uşaqla böyük bir-birindən fərqlənməməlidir.
8.Yallı getmək. Bu rəqs Azərbaycan xalqının qədim dövrdən bəri ifa etdiyi birlik rəqsdir. Yəni bu rəqsin mənası insanların birliyidir. Hansı bölgəmizdə adamlar arasında birlik varsa, bu rəqs orada daha çox inkişaf edib və yayılıb.
9. Novruz oyunları oynamaq. Məsələn, ənzəli, dirədöymə və sairə.
Novruz, yuxarıda yazdığım kimi bütün türkdilli xalqlarçün əziz bir bayramdı. Və hər xalqın bu bayramla bağlı öz ölkəsinə xas adət- ənənəsi var. Məsələn Türkiyənin Cənub Şərqi Anadolu bölgəsində Qaziantep və onun ətrafında 22 mart gününə "Sultan Novruz” adı verilib. Bu bölgədə, eləcə də Qarsda Azərbaycanda olduğu kimi, qapı pusma, baca-baca adətləri yaşadılır. İranda Novruzda süfrələrdə fərqli bir səməni olur və bu səməni ən çox mərcidən göyərdilir.Qırğızıstanda Novruzda tonqal qalamırlar, amma evin, həyətin odla pak edilməsi adəti var. Qırğızlar bunu qədim türk şamanlarından qalma adət hesab edirlər. Onlar "Alas-alas, hər bəladan xilas”,- deməklə, öz həyətlərini atəşlə pis ruhlardan təmizləyirlər. Qırğızlarda darı yarmasından "Nouruz köcö ” adlı bayram yeməyi hazırlanır. Qırğız süfrəsində məxsusi olaraq Novruzda bişirilən beşbarmaq olur. Bu- quzu ətindən və əriştəyə oxşar un məmulatından bişirilir. Əllə yeyildiyinə görə də elə bu yeməyə beşbarmaq deyilir.
Tacikistanda isə Novruz martın 20-dən başlayır, 3-4 gün davam edir. Uşaqlar yaz çiçəklərindən dərib yığır, qapıları döyür - ev sahibinə çiçəklərdən verir, ev sahibi də onlara ya konfet, ya yumurta, ya da pul verirlər. HəmçininNovruz günü bir-birlərini qucaqlamaq və danışmağa başlamazdan əvvəl üç qaşıq bal yemək taciklərin ən əski adətlərdəndir. Tacikistanın bölgələrində təsərrüfatda çalışan yaşlı insanlar əlini yağa batırıb öküzlərin buynuzunu yağlayır ki, yeni il bərəkətli olsun.
Özbəkistanın Səmərqənd, Buxara, Əndican şəhərlərində və vilayətlərində Novruza həsr edilmiş şənliklər hətta bir həftəyə qədər davam edir. Novruz süfrəsi üçün "nişala" hazırlayırlar. Nişala şəkərdən bişirilir- ağ şokolad kimi olur.
Ən maraqlısı isə odur ki, bu bayramda hər bir simvolun özünə məxsus bir açıqlaması var. Məsələn elə Novruzda hər evdə bişirilən bayram şirnilərini götürək. Bu şirnilər həm sakral həm də astranomik məna daşıyır. Məsələn Şəkərbura təzə çıxmış ayın rəmzidi və həmçinin boylu qadın rəmzidir və üstündəki naxışlar isə qoruyucu duadır. Paxlava insan yaranışının rəmzi, qoğal yer və günəş rəmzi bəzi regionlarda bişirilən partlava çörək də günəş rəmzidir.
Eyni zamanda bayramda bəzədilən xonça da sanki əlimizlə yığdığımız yer kürəsin balaca bir maketidir. Bu xonçada səməni- torpaq, şəkərbura- ay, qoğal- günəş, paxlava- insan, şam - od, yumurta- canlı aləm mənasını daşıyır.
Çox erkən yaranan mərasimlər içində Novruz bayramı günlərində göstərilən tamaşa və oyunlar xüsusi yer tutur. İnsanlar hətta kiçikçillədən başlayaraq bu tamaşalara hazırlaşırlar. Cavanlarınözlərini göstərdiyi cıdır tamaşaları atçapma ilə başlayar, sonra at oynatmaya keçərdi. Tamaşaya yığışanlar cavanlara uğur arzulayıb müxtəlif nəğmələr oxuyardılar. Atoynatmadan sonra ox atanlar meydanda görünürdü. Onların arasında qızlar da olurdu. Amma oğlan paltarı geyindiklərindən qız olduqları bilinmirdi.
"Qılınc oynatma", "Kəmər atma" , "Kəndirbaz", "Qoçdöyüşdürmə" tamaşaları indi də bəzi bölgələrdə keçirilir. Novruz günlərində tamaşalardan başqa "Qurd oyunu", "Aşıq oyunu", "Dirə döymə" kimi oyunlar da təşkil edilirdi.
Azərbaycanda da bu bayram hər il yüksək təntənə ilə keçirilir. Bakıda- Dənizkənarı parkda, Sumqayıtda- Dənizkənarı parkda və bölgələrimizdə ən geniş meydanlarda, stadionlarda bu bayram böyük əzəmtlə keçirilir. Deməli, biz fəxr eləyə bilərik ki, Novruz xalqımızın da ən böyük bayramıdır. Beləliklə, xalqımız əsrlər boyu bu gözəl bayramın adətlərini qoruyub saxlaya bilib və arzumuz budur ki, gələcək nəsillər də çox əsrli tarixə malik olan bu əziz bayramı qoruyub saxlasın .
Mənim çalışdığım beynəlxalq səviyyəli təşkilat olan "Az. TERMOİZOL” Açıq Səhmdar Cəmiyyətində bu bayram yüksək səviyyədə keçirilir. Bu bayramda müəssisənin bütün işçiləri yüksək səviyyədə iştirak edirlər. Ona görə də bizim müəssisə bütövlükdə Azərbaycan xalqını bu bayram münasibətilə təbrik edir, xoş günlər arzulayır və deyirik:
"Bir daha bayramınız mübarək olsun əziz xalqımız”.
 
 
 
 
 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ