SON DƏQİQƏ
» » VƏTƏN ŞƏHİD ÇİYİNLƏRİNDƏ UCALIR – CAVİD İSMAYIL YAZIR

VƏTƏN ŞƏHİD ÇİYİNLƏRİNDƏ UCALIR – CAVİD İSMAYIL YAZIR

Tarix:

9-03-2020, 19:50

/ 2 753 dəfə oxundu.
VƏTƏN ŞƏHİD ÇİYİNLƏRİNDƏ UCALIR – CAVİD İSMAYIL YAZIR

Basdığın yerləri “torpaq” deyərək keçmə, tanı: Düşün altındakı minlərcə kəfənsiz yatanı.              Məhməd Akif Ərsoy

Şəhidlik elə bir müqəddəs zirvədir ki, o yüksəkliyə ucalanlar oradan heç vaxt enmirlər. Şəhidlik elə bir şərəfli yoldur  ki, yolunda canını verdiyi Vətənin qəlbinə sancılmış xəncər çıxarılmayınca şəhidin də ruhu uğrunda canından keçdiyi Vətən torpağının üzərində narahat dolaşır. Vətən yaşasın deyə canı qurban vermək bizlərə dədələrdən qalmış bir kişilik məktəbi və dədə nəsihətidir. O, böyük məktəbdir. O elə məktəbdir ki, bu məktəbin öyrənciləri öyrəndiklərini gələcək nəsilə torpaq üstünə axıdılan qanları ilə ötürürlər. Bir sözlə Vətən insan oğlunun qura biləcəyi ən möhkəm sütünlar üzərində-ŞƏHİDLİK sütunu üzərində durar və Var olar!

Tarixiən böyük ulusumuz VAR olsun deyə, daima şəhidlər vermişik. Çağdaş tariximizə nəzər salsaq son otuz ildən yuxarıdır ki, Vətən torpağı bağrına şəhid basır, igid oğulları ağuşuna alır-yorulmadan, usanmadan…

5 mart tarixində məkrli düşmən, quduzlaşmış itlər Qazax rayonunun Quşçu Ayrım kəndi yaxınlığındakı sərhəd döyüş məntəqəsi istiqamətində növbəti dəfə sərhədlərimizi atəşə tutdular. Qəhrəman Azərbaycan əsgəri, igid sərhədçilərimiz yenə də sinələrini Ana Vətənimizə sipər etdi və məkrli düşmənə layiqli cavab verdilər. Əfsuslar olsun ki, bu döyüş zamanı sonadək rəşadətlə döyüşən igid sərhədçi əsgər Paşazadə Orxan Nazim oğlu şəhid oldu.

Yenə ANA VƏTƏN bir şəhid verdi! Vətən torpağı yenə bir igidə, mərd Vətən oğluna “qucaq açdı”.  Yenə ciyərimiz yandı, sinəmiz dağlandı. Yenə bir igid oğul atası həm kədərləndi, həm qürur duydu. Yenə bir ana ürəyi parçalandı… Yenə bəlkə də hansısa bir qızın qəlbində cücərən tumurcuq sevgini şaxta vurdu.

Beləliklə 6 martda Orxan Paşazadə doğulub boya-başa çatdığı Cəlilabad rayonunun Cəfərxanlı kəndində dəfn olundu. Cəlilabadlılar və igid, cəsur Orxanın silahdaşları olan qəhrəman Azərbaycan əsgərlərinin əllərində müqəddəs bayraqlarımız dalğalanaraq ”Şəhidlər ölməz, vətən bölünməz” sədaları altında Orxanı son mənzilə yola saldılar.

Vida mərasimində Cəliləbad rayon icra hakimiyyətinin başçısı olmaqla, Dövlət Sərhəd Xidmətinin nümayəndələri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad Rayon Şöbəsinin, rayonun digər rəhbərliyi, şəhidin ailə üzvləri və ictimaiyyət nümayəndələri iştirak edib. Dəfn mərasimi fəxri qaravul və yaylım atəşi ilə müşayiət edilib. Beləliklə Dövlət və xalq şəhidi qarşısında son borcunu şərəflə yerinə yetirdi.

Təbii ki, bu mərasim sıradan bir mənzərə deyil. Bu, Azərbaycan torpaqlarının qorunması, Vətən sərhədlərinin toxunulmaz olması üçün ayıq-sayıq dayanan bir əsgərin son yolçuluğu idi. Bu, bir Azərbaycan oğlunun dədələrdən miras qalmış, müqəddəs və şərəf yolu idi. Bu mənzərə hər bir gənc üçün, hər bir Vətən övladı üçün örnək idi. Düşmənə olan nifrətin aşıb-daşmasına, qisas hissinin artmasına səbəb olan bir hadisə idi…

Bu dəfn mərasimi zamanı gözüm Cəlilabaddan elə bu yaxınlarda Milli Məclisə seçilmiş Millət Vəkillərini və millət vəkili seçimlərində xalqa min bir vəd verən millət vəkilliyinə namizədləri axtardı. Mən dəfələrlə müxtəlif kanalların lentə aldıqları sujetlərə diqqətlə baxdım. Lakin fevralın 9-da Milli Məclisə keçirilən deputat seçkisində “döyüşən” nə Cəlilabaddan seçilən millət vəkillərini nə də tanıdığım millət vəkilliyinə namizədləri həmin mərasimdə görmədim.

Yeri gəlimiş qeyd edim ki, dediklərim və deyəcəklərim dəfn mərasimində iştirak etməyən millət vəkili seçilmişlər və millət vəkilliyinə namizəd olanlaradır.

Seçki günlərində bu Vətən üçün canlarını verəcəklərindən dönə-dönə söz açırdılar. Orxanın doğulduğu kəndin sakinlərindən səs istəyirdilər. Bu seçkilərdə qapı-qapı düşüb imza toplayıb, nənə axtarıb əl öpənləri də gördük. Axı əl öpdüyünüz nənənin nəvəsi şəhid oldu, harada idiniz?!

Yüksək səslə söz verirdilər ki, gələcəkdə onların hər birinin problemini həll edəcəklər. Daima xalqın içində olacaqlar. Mandat almaq üçün cəlilabadlılara min bir vədlər verib, leksikonlarında olan ən yaxşı, ən cazibəli sözləri “dövriyyəyə” buraxırdılar, ki… millət onları Milli Məclisin rahat kreslosunda oturtsun, kürsüdə sinə gərib hansısa cəfəngiyat barədə cəfəng danışığını dinləsin. Cəlilabadlılar onlara səs verdilər, mandat sahibi etdilər. Onlar aldıqları mandatın şirinliyini daddıqları gündə bir həmyerliləri şəhid oldu, Vətən üçün canını verdi.

Axı anlaya bildinizmi ki, bu igid oğlan cibinizdəki mandatı rahat daşıyasınız deyə gözünü belə qırpmadan ölüm şərbətini başına çəkdi?! Ruhunuz tərpəndimi? Gözünüz nəmləndimi? Qəlbiniz titrədimi? Nə bilim vallah! Bəlkə də, içinizdə Vətən üçün canını qurban verən Orxan balamızın şəhid olduğundan da hamıdan gec xəbər tutan da oldu.

Mənə çox maraqlıdır, Milli Məclisdə oturacağınız kreslonun rahatlığını düşündüyünüz üçünmü, alaçağınız maaşı, qazandığınız imtiyazların şirinliyinəmi başınız qarışdığından, namizəd olub seçilmədiyiniz üçün xalqamı küsdüyünüzdən, sizlərə yetərli səs verməyən insanlara qəzəbli olduğunuzdanmı, yoxsa hansısa bir ölkədə səfərdə olduğunuzdan, ölkə əhəmiyyətli bir məsələnin həllində iştirak etdiyinizdan, insanların içinə çıxmağa üzünüzün olmamasından və ya koronovirusdan qorxdunuz???!!! 

Bəlkə də koronovirusdan qorxdunuz. Xəstələnəcəyinizdən, sağalmaz dərdə düçar olacağınızın qorxusunu canınızda daşıyacağınızın təhlükəsi ilə yükləndiniz.

Doğrudur hamı Orxan ola bilməz axı.

Bir sual da məni rahat buraxmır. Sizcə Vətən sərhəddinə sinə gərib torpağı düşməndən qorumaq rahatdı, yoxsa depuatat kürsüsündə sinə gərmək?

Heç sözüm yoxdu, rahat olun, rahat yaşayın, dinc və əmin-amanlıqla dolu günlərlə ömrünüzü başa vurun. Amma şəhid olan oğlanın özü olmasa da valideynləri, qohumları, dost-tanışları sizə səs veriblər. Mandat alan və almayanlar sizlər üçün evindən çıxıb seçki məntəqəsinə yollanıb, vaxtlarını sərf ediblər. Heç olmasa buna qiymət verərdiniz, dəfndə iştirak edərdiniz – zahiri görüntü xətrinə olsa da. Amma siz bu davranışınızla …

Hə, yeri gəlmişgən cənab prezident İlham Əliyev 03-04 mart tarixlərində, məhz dünyanı cənginə almış koronovirus epidemiyasının tüğyan etdiyi bir vaxtda məhz regionlara, konkret Goranboy, Şəmkir, Qazax, Akstafa, Tovuz rayonlarına səfər etməsi, insanlarla təmasda olması əsl liderə xas olan növbəti addım olmaqla sizlərə də bir örnəkdir. Lider, bununla xalqa bir daha sizinləyəm ismarıcını verdi!

Bəs sizlər kiminləsiniz?!

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ