SON DƏQİQƏ
» » Çingiz Ələkbərzadənin “Zindan” kitabı təqdim edildi

Çingiz Ələkbərzadənin “Zindan” kitabı təqdim edildi

Tarix:

30-10-2019, 12:15

/ 2 689 dəfə oxundu.
Çingiz Ələkbərzadənin “Zindan” kitabı təqdim edildi

Bakı Kitab Mərkəzində Çingiz Ələkbərzadənin yenidən nəşr olunan "Zindan" kitabının təqdim edilib. GunAz.az bildirir ki, tədbirdə mərhum yazıçı-jurnalistin keçdiyi acılı-şirinli ömür yolu, üzləşdiyi haqsızlıqlar, yaşadığı məhrumiyyətlər bir daha xatırlanıb.

Təqdimat mərasimini Bakı Kitab Mərkəzinin direktoru Günel Anarqızı açaraq 30 min nüsxə tirajla çap olunan kitabın bu dəfə yazıçının qızlarının təşəbbüsü ilə nəşr olunduğunu və böyük maraq doğurduğunu diqqətə çatdırıb.

Xalq yazıçısı Anar onunla eyni ədəbi nəslə mənsub, eyni zamanda, yaxın qonşu, dost olduğu Çingiz Ələkbərzadəni müasirləri arasında orijinallığı ilə seçilən, güclü yumor hissinə malik, bəlkə də müəyyən qüsurları olan qələm sahibi kimi xarakterizə edib. O, "Zindan"ın ilk nəşrini çoxdan oxuduğu üçün yeni nəşri təzədən oxuyacağını və kitabın gənc nəslə çoxlu ibrətamiz dəyərlər aşılayacağına əmin olduğunu bildirib.

Xalq şairi Ramiz Rövşən ondan 10 yaş böyük olan qələm dostunu ən səmimi duyğularla xatırlayaraq deyib.

Əməkdar artist Gülşən Əkbərova Çingiz Ələkbərzadəni ötən əsrin 60-cı illərində ədəbiyyata gələn nəslin ən istedadlı nümayəndələrindən biri kimi dəyərləndirərək deyib.

"ASAN Radio"nun direktoru Emin Musəvi müəllifin "Zindan" kitabına yazdığı proloqu oxuduqdan sonra yazıçının ailə arxivindən videoçarx nümayiş olunub. Xalq artisti Mehriban Zəki Çingiz Ələkbərzadənin ifasında "Aman şöhrət" və "Darıxıram" şeirlərini səsləndirib.

Mərhum yazıçının qızları Elmira və Sevda Ələkbərzadə atalarının xatirəsinə musiqi nömrələri ifa edib, nəvəsi Səidənin babasının ruhuna həsr etdiyi şeir iştirakçılarda kövrək hisslər oyadıb.

Təqdimat mərasimi Dövlət Pantomima Teatrının aktyoru, Əməkdar artist Bəhruz Əhmədlinin təqdim etdiyi monotamaşa ilə başa çatıb.

N.SAFURA

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ