SON DƏQİQƏ

Oxumanız MƏSLƏHƏTDİR

Tarix:

23-10-2019, 08:30

/ 3 880 dəfə oxundu.
Oxumanız MƏSLƏHƏTDİR

Bir toy məclisində bir gənc qonaqlar arasında vaxtilə ona dərs demiş müəllimini görür və ona yaxınlaşıraq özünü təqdim edir:

- Müəllim salam. Xatırladınız məni? Vaxtilə məktəbdə mənim müəllimim olmusunuz.

- Bəli, xatırladım. İbtidai sinifdə mənim şagirdim olmusan. Şad oldum uzun illər sonra səni təkrar görməyimə. Nə işlə məşğulsan?

- Mən də sizi görməyimə çox şadam. Sizin kimi müəllim olmuşam.

- Çox gözəl. Bəs niyə müəllim olmaq qərarına gəldin?

- Çünki, vaxtilə siz müəllim kimi məni ilhamlandırdınız, həyatda nümunə oldunuz. Ona görə qərara gəldim ki, mən də müəllim olub uşaqların yetişdirilməsinə öz töhfəmi verim və onları həyatda uğurlu olmaları üçün ilhamlandırım.

- Bu cür düşünməyinə və müəllim olmaq qərarına sevindim. Lakin dedin ki, mən vaxtilə səni ilhamlandırmışam və nümunə olmuşam. Tam olaraq nəyi nəzərdə tutursan?

- Siz mənə dərs dediyiniz vaxt bizim sinifdəki oğlanlardan birinə valideynləri qəşəng bir saat almışdılar. Mənim valideynlərimin imkanı olmadığı üçün mənə saat ala bilmirdilər. Mənim isə saatdan çox xoşum gəldi və bir gün böyük tənəffüsdə həmin saatı o oğlanın cibindən oğurladım. Tənəffüsdən sonra oğlan sizə saatının oğurlandığını dedi. Siz sinifdəki şagirdlərə müraciət etdiniz ki, kim saatı götürübsə geri qaytarsın. Heç kimdən səs çıxmayanda otağın qapısını bağladınız və dediniz ki, bütün oğlanların ciblərini yoxlayacaqsınız. Öz-özümə düşündüm ki, bu an həyatımın ən utancverici anı olacaq. Oğlanlar divar boyu düzüldülər və siz tapşırdınız hər kəs gözünü əlləri ilə bağlasın. Bir-bir bütün oğlanların ciblərini yoxladınız. Lakin saatı mənim cibimdən çıxardıqdan sonra digər şagirdlərin ciblərini yoxlamağa davam etdiniz və yekunda saatı kimin oğurladığını heç kimə demədiniz. Hətta il boyunca bu hadisə barədə mənə və yaxud valideynlərimə belə bir kəlmə demədiniz. Sadəcə saatı sahibinə qaytardınız. Siz həmin gün mənim ləyaqətimin alçaldılmasına yol vermədiniz, uşaq kimi düşüncəsiz hərəkətimə görə adımın “oğru”, “yalançı” kimi çıxmasının qarşısını aldınız və məni bağışladınız. Həmin hadisə mənim üçün böyük bir dərs oldu. Əsl müəllimin şagirdinə yalnız bilik verən deyil, ona düzgün dəyərləri aşılayan, səhvlərinə görə cəzalandıran deyil, səhvlərindən dərs çıxarmağı öyrədən, şagirdini həyata bağlayan biri olduğu qənaətinə gəldim. Və həmin an gələcəkdə mənim də sizin kimi müəllim olacağıma dair qərar verdim.

Müəllim bu hekayəni dinləyir və təəccüblənir. Gənc soruşur:

- Bu hadisəni xatırlamadınız? Həmin saatı mənim cibimdən çıxardığınızı unutmusunuz?

- Hadisəni xatırladım, sadəcə saatın sənin cibindən çıxdığını bilmirdim.

- Necə yəni, saatın mənim cibimdən çıxdığını bilmirdiniz? Axı siz özünüz onu mənim cibimdə tapdınız?!

- Çünki şagirdlərin ciblərini yoxlayarkən mən də gözlərimi yummuşdum....
(Müəllifini tapa bilmədim. Bilən olsa, yazsın)
Paylaşdı: Shamil Sadiq

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ