SON DƏQİQƏ

MİRZƏ LAP BEKAR QALIB – CAVİD İSMAYIL YAZIR

Tarix:5-10-2019, 23:16 Oxunub:2 867

Hörmətli – Yunus OĞUZUN, “Cızığından çıxan” felyetonuna.

Real həyatımızın gerçək üzü əks edilib bu felyetonda.  Bu gün, Molla Nəsrəddin qaydası ayağını cızıqdan qırağa çıxaranlar biraz aktivləşib. Doğrudan da insanlarımız qəribədir. Elə cəmiyyətimizdə maraqlıdır. Cibində komunist partiya biletini saxlayıb qoruyan, bəlkə də qaytardılar “əqidə”silə hava alanlar, məruzəsi hələ sovetlər birliyi dönəmindən hazır olub bütün dövr və zamanlarda çoxşahəli “əqidə” sahibləri, rəhbər kim olur olsun cibində şablon məruzəsi hazır olub sadəcə yeni rəhbər olduqca həmin “sınaqdan” keçmiş məruzəsində yalnız ad dəyişərək eyni məzmunu uca səsdən, böyük pafosla söyləyənlər hələ də aramızda və fəaliyyətdədirlər.

Zamanında  tarix də göstərdi ki, ümummilli lider Heydər Əliyev irad bildirdiyi kimi, pencək saxlayıb özünə şərəf bilənlər zaman dəyişdikcə yenə pencək saxlayıb “şərəfləndilər”. Lakin pencək sahibləri dəyişdi. Pencək tutanlar isə, elə yenədə qaldı. Pencək tutanlar bu gün də zəmanəmizdə mövcuddular. Məhz belələri Vətənimiz və Dövlətimiz üçün çox təhlükəlidirlər.

Dəyərli Yunus bəy, üç rəngli bayrağımızın müqəddəsliyini belələri necə anlasın?!

Elə kitab alıb rəflərə doldurmaqla, özlərini ziyalılara oxşadıb cəmiyyətimizdə “baş bilən” azmıdır?!

Vətənə nə olursa olsun, təki xarici ağalarım məndən razı qalsın, ağalarım qarşısında öhtəliyimi yerinə yetirim, güzaranım yaxşı olsun deyənlər bir yana, bəhs onların iç üzünü necə, görməmək də o qədər zordur?

“Tarix-Nadir” kitabını yarıya qədər oxuyan birisi kimi, bu Mirzə dostunuzu da heç mən də anlamıram. Ay Mirzə mişar daşının belə xod gedən vaxtında o nə təklifdi  verirsən?

Mirzə, bekar qalmısan? İndidə – Vətən! Vətən! deyə hayqırırsan.

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN

<