SON DƏQİQƏ

"Unutmayaq, Unudulmayaq"- 5 Fevral

Tarix:

5-02-2017, 11:44

/ 10 107 dəfə oxundu.
"Unutmayaq, Unudulmayaq"- 5 Fevral

 Qara Qarayev

Görkəmli Azərbaycan bəstəkarı Qara Qarayev 5 fevral 1918-ci ildə anadan olub. Azərbaycan musiqisinə ümumdünya şöhrəti gətirən sənətkarlar arasında Qara Qarayev xüsusi yer tutur. Onun Nizaminin "Yeddi gözəl" poemasından bəhrələnərək yazdığı "Yeddi gözəl" və Cənubi Afrika yazıçısı Piter Abrahamsının romanı əsasında qələmə "İldırımlı yollarda" baletləri dünyanın bir sıra ölkələrində uğurla göstərilib. Bundan başqa "Don Kixot" simfonik qravürləri, "Leyli və Məcnun", "Vyetnam süitası" əsərləri onun yaradıcılığının dəyərli səhifələrindəndir. "Don Kixot" və "Vyetnam süitası" əsərləri Qarayevin eyni adlı filmlərə bəslədiyi musiqi əsasında yaradılıb. Bundan əlavə, Q. Qarayev "Dənizi fəth edənlər". "Qızıl eşalon", "Xəzər neftçiləri haqqında povest", "Uzaq sahillərdə" və digər filmlərə də musiqi bəsləyib.

*** 

Münəvvər Kələntərli

Sənətsevərlərin yaddaşında gözəl xatirələrlə iz buraxan səhnə ustalarımızdan biri, aktrisa Münəvvər Kələntərli 1963- cü ilin bu günü dünyasını dəyişib. 1912-ci ildə Lənkəranda doğulan aktrisa 17 yaşında ikən Bakıya gəlib. O, 1933-cü ildən səhnə fəaliyyətinə başlayıb, əvvəl milli opera tamaşalarında, sonralar əsasən musiqili komediyalarda çıxış edib. Kino sənətində yolu Böyük Vətən müharibəsinin odlu-alovlu illərində çəkilməyə başlayan Üzeyir Hacıbəyovun "Arşın mal alan” filmindəki Xala roluyla başlayıb. "Arşın mal alan" filmində yaratdığı Cahan xala obrazına görə 1946 ildə SSRİ Dövlət mükafatı laureatı adına layiq görülüb. O həmçinin "O olmasın, bu olsun", "Ulduz", "Qızılaxtaranlar", "Bəxtiyar”, "Qızmar günəş altında", "Görüş" və başqa  filmlərdə də yaddaqalan obrazlar yaradıb.

***

 Yavər Kələntərli

Xanəndə Yavər Kələntərli 5 fevral 1979-cu ildə dünyasını dəyişib. O ötən əsrin 30-cu illərində Azərbaycan musiqisinə böyük töhfəsi olan  xanım sənətkarlardan biri olub. Milli incəsənətimizin böyük təəssübkeşlərindən olan Yavər Kələntərli muğam, təsnif və xalq mahnılarının mahir ifaçısı, Azərbaycan radiosunun və Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olub, "Leyli və Məcnun"da   Leyli, Leylinin anası, "Əsli və Kərəm"də Əsli, "Şah İsmayıl"da Ərəbzəngi və digər partiyaları ifa edib.
 
 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ