SON DƏQİQƏ

"Unutmayaq, Unudulmayaq"-29 Yanvar

Tarix:

29-01-2017, 09:35

/ 9 915 dəfə oxundu.
"Unutmayaq, Unudulmayaq"-29 Yanvar

 Kamil Cəlilov 

Mahir qaboy ustası, "Şöhrət" ordenli Azərbaycanın xalq artisti Kamil Cəlil oğlu Cəlilov 1938-ci il yanvarın 29-da Buzovna kəndində dünyaya gəlib. Onun uşaqlığı da bu kənddə keçib. İfa etdiyi muğamlar: "Bayatı-Kürd", "Segah", "Zəminxarə", "Bayatı-Şiraz", "Rahab", "Zabul", "Humayun" və ritmik muğamlardan "Qarabağ şikəstəsi". O, 2013-cü ildə Azərbaycan Respublikasının "Şöhrət" ordeni ilə təltif olunmuşdur. 
 
  

 

***

Leyla Vəkilova  

  Azərbaycanın milli balet sənətinin əfsanəvi  dühalarından biri, ilk azərbaycanlı balerina Leyla Vəkilova 1927-ci il yanvar ayının 29-da Bakıda doğulub. Leyla Vəkilova klassik dünyəvi balet elementləri ilə milli rəqslərimizin hərəkət zəifliyini böyük ustalıqla birləşdirə və onu öz ifasının estetik hüsnünə çevirə bilib. Yüksək səhnə mədəniyyətinə və ifa texnikasma malik sənətkar olub. O, balet sənəti sahəsindəki xidmətlərinə görə Azərbaycanın əməkdar artisti, xalq artisti fəxri adına layiq görülüb.

 

 
 ***

 Tofiq Bəhramov 
Tofiq Bəhramov 1925-ci il yanvarın 29-da Ağcabədidə anadan olub. O, Azərbaycan futbol hakimi, futbolçusu, Azərbaycan Futbol Federasiyası Assosisiyasında hakimlərin sədri, daha sonra isə baş katib vəzifələrində çalışmışdır. O, dünya futbol tarixində İngiltərə kraliçası adına heykəl olan və adı stadiona verilən yeganə hakimdir.

 
 
 

***

 
Xosrov Abdullayev  
Sirk artisti, jonqlyor. Azərbaycan SSR xalq artisti Xosrov Abdulla oğlu Abdullayev 29 yanvar 1926-cı ildə Şamaxıda anadan olub. Moskvadakı Dövlət Sirk Sənəti Məktəbini bitirib. 1976-cı ildə ilk dəfə «İllüziya revüsü» attraksionu ilə müstəqil çıxış etmişdir. Dünyanın 48 ölkəsində qastrolda olmuşdur. «Uşaqlığın son gecəsi», «Cəsurlar meydanı», «Sirk meydançası» və s. filmlərdə çəkilmişdir. Abdullayev haqqında «Sirk mənim həyatımdır» sənədli filmi yaradılmışdır.
 
 
 

*** 

 Aleksandr Puşkin

 Rus romantik ədəbiyyatının görkəmli nümayəndəsi Aleksandr Puşkin 1837-cu ilin bu günü fransız zabiti Dantesle dueldə öldürülüb. Dahi şairin ölümü dünya ədəbiyyatını kədər içində boğub. Azərbaycan dramaturqu Mirzə Fətəli Axundov şairin ölümünə şeir-mərsiyə həsr edib. O, Rusiyanın ən böyük şairi və müasir rus ədəbiyyatının banisi sayılır. Əsərlərində xalq danışıq dilindən geniş istifadə etməklə doğma dilini zənginləşdirib, həm də rus ədəbiyyatına dram, xalq qəhrəmanlıq dastanları və satira kimi həm şifahi-xalq, həm də yazılı ədəbiyyat janrlarının sintezindən ibaret  yeni üslub gətirib. O, 1837-ci il yanvarın 29-da vəfat edib.
 

Gunaz.az

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ