SON DƏQİQƏ
» » Bu yağın 1 litri 10 minə satılır - Dünyanın ən qiymətlilərindəndir

Bu yağın 1 litri 10 minə satılır - Dünyanın ən qiymətlilərindəndir

Tarix:

10-10-2020, 08:52

/ 1 521 dəfə oxundu.
Bu yağın 1 litri 10 minə satılır - Dünyanın ən qiymətlilərindəndir

Dünyanın ən bahalı məhsullarından biri də çobanyastığı çiçəyi yağıdır.

GunAz.az xəbər verir ki, bu yağın 1 litri beynəlxalq bazarlarda 10 min manata yaxın qiymətə alıcısını tapır.

Məhsul 8 ton çobanyastığı çiçəyindən distillə üsulu ilə əldə olunur. Mütəxəssislər bu yağın olduqca qiymətli, eyni zamanda toksiki təsirli olduğuna diqqət çəkir. Bu yağdan gündə yarım və ya bir damla istifadə tövsiyə olunur.

Min bir əziyyətlə əldə edilən çobanyastığı çiçəyi yağı dünyanın nadir ölkələrində, xüsusi layihələr çərçivəsində istehsal olunur. Ən çox kosmetika sektorunda bu yağdan istifadəyə üstünlük verilir.

İstehsalçılar may ayında yetişən çobanyastığının daha qiymətli olduğunu bildirir.

 

Bu yağın həzm sistemi problemlərinə, dəri ləkələrinə effektiv təsiri var. (publika.az)


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ