SON DƏQİQƏ

İtkin düşən atasını 24 ildən sonra qonşu zirzəmidə diri tapdı

Tarix:20-05-2020, 08:00 Oxunub:2 634

Rusiyanın Komi Respublikasının Sıktıvkar şəhərində heyrətamiz hadisə qeydə alınıb.
"Mash” Telegram kanalının məlumatına görə, Anastasiya atası Nikolayı son dəfə uzun illər əvvəl – altı yaşı olanda görüb.
Hamı kişinin öldüyünü hesab edib, ancaq qız buna inanmaq istəməyib. Ürəyində hər zaman onu görəcəyinə ümid saxlayıb, böyüyəndən sonra isə axtarışlara başlayıb.
Polisə müraciət edib, "Jdi menya” (Məni gözlə) kimi verilişlərə çıxıb. Lakin bu cəhdlərin heç biri nəticə verməyib.
Uzun illərdən sonra xoş təsadüf kişini tapmağa kömək edib. Belə ki, yerli saytların birində evsiz şəxsin fotosu dərc olunub. Onun çoxmərtəbəli binanın zirzəmisində yaşadığı, vəziyyətinin pis olduğu yazılıbmış. Könüllülər onun yaxınlarının axtarışına başlayır. İz Anastasiyaya gətirib çıxarır. Məlum olur ki, zirzəminin sakini onun atasıdır.
Maraqlıdır ki, kişinin yaşadığı zirzəmi elə Anastasiyanın evinin yaxınlığında imiş.
Bu günlərdə onlar qovuşublar, qız atasını evə aparıb və onu normal həyata qaytarmağa çalışır.

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN

<