SON DƏQİQƏ

Delfinlərin "İNTİHAR"ı-MARAQLI

Tarix:

5-10-2019, 08:13

/ 1 402 dəfə oxundu.
Delfinlərin "İNTİHAR"ı-MARAQLI

200-dən çox delfin özünü Kabo-Verdedəki Boa-Vişta adası sahillərinə atıb. Yerli sakinlər və turistlər delfinlərin üzərinə su tökərək və geriyə - okeana dartaraq onları xilas etməyə cəhd göstəriblər. Lakin onların əksəriyyəti yenidən sahilə atılıb.

GunAz.az bildirir ki, ümumilikdə 136 delfin məhv olub.

Adanın hakimiyyət orqanları İspaniyadan ekspertlərin gəlişini gözləyirlər. Onlar delfinlərin bu davranışını müəyyənləşdirməyə cəhd edəcəklər.

Alimlərin delfin və balinalar arasında intihar hallarına dair fikirləri müxtəlif cürdür. Bəzi versiyalara görə, özlərini sahilə atanlar xəstə heyvanlardır, onların nəslindən olanlar isə həmin heyvanlara kömək məqsədilə dallarınca atılırlar. Digər versiyaya görə, bu, delfinlərin mühit üzərində akustik nəzarəti itirmələri ilə bağlıdır.

Bioloqlar, həmçinin delfinlərin digər delfin dəstəsinin hücumundan yaxa qurtarmaları üçün bu addımı atdıqlarını da təxmin edirlərAzərtac

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ