SON DƏQİQƏ

Dünyanın 5 ölkəsinin maliyyə inancları

Tarix:

26-09-2019, 20:20

/ 1 970 dəfə oxundu.
Dünyanın 5 ölkəsinin maliyyə inancları

Skeptiklər arasında belə pul ilə əlaqəli müəyyən inanclara inanan insanlar var. Eyni anda bir neçə ölkədə aktual olan inancların sayı olduqca çoxdur. Məsələn, dörd yarpaqlı yoncanın insana uğur və maliyyə rifahını gətirməsi inancı. Dünyanın müxtəlif ölkələrində geniş yayılmış inanclara nəzər yetirək.

Filippin

Filippinlər deyirlər ki, yumurtanı sındıranda iki dənə yumurta sarısı görsəniz, yaxın zamanda mənfəət alacaqsınız. Həmçinin, evə qara qarışqanın daxil olması, cüzdanızdakı pulun artacağı deməkdir. Növbəti ildə maliyyə rifahınızın daha yaxşı olmasını istəyirsinizsə, Yeni il bayramı günü bişirdiyiniz xörəkləri masa üstündən yığışdırmağa tələsməyin.

Filippinlər, həmçinin xal-xal naxışlı geyimin uğur gətirdiyinə də inanırlar.

Kanada

insanların bir çoxu “İblisin başı” adlı banknotu əldə etməyi xəyal edir. Məsələ ondandır ki, bu əsginasın üzərində kraliça Yelizaveta II təsvir olunub. Siz elə düşünə bilərsiniz ki, burada qeyri-adi heç nə yoxdur, lakin kraliçanın saç düzümünə diqqətlə baxsanız, iblisin obrazını görəcəksiniz. Təəssüf ki, bu əsginası tapmaq kifayət qədər çətindir – bank səhvini aşkar etdikdən sonra, dərhal bu eskizi dəyişdi. Qeyd etmək lazımdır ki, bu banknotlar az sayda buraxılıb, bu da onlara qarşı marağın daha da artmasına səbəb olur.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ