SON DƏQİQƏ

Məşhur serial daha çəkilməyəcək

Tarix:

16-05-2018, 11:17

/ 10 410 dəfə oxundu.
Məşhur serial daha çəkilməyəcək

"Fox” telekanalı çoxlarının sevimlisi və maraqla izlənən məşhur "Gizli materiallar” serialının 12-ci sezonunu çəkməyəcək.
Gunaz.az  "Fox” telekanalına istinadən xəbər verir ki, serialın sonlandırılmasının səbəblərindən biri qadın baş rol ifaçısı Cillian Andersonun daha serialda çəkilmək istəməməsi olub.
 Bu hadisə serialın tamamilə sonlandırılması deməkdir.
 
Əsas səbəb kimi isə tele-serialın  reytinqlərinin daha da aşağı düşməsi hesab edilir. Belə ki, son 11-ci sezonun reytinqlərinin açıqlanmasından sonra təşkilatçılar bu serialı sonlandırmaq qərarına gəliblər.
"Fox” kanalının 2018-2019-cu illər üçün planlarında bu layihə yer almayıb.
 
Qeyd edək ki, Kris Karter tərəfindən yaradılmış bu serial ilk dəfə 1993-cü ildə işıq üzü görməyə başladı. Baş rollarda Devid Duxov və Cillian Andersonun çəkilməsi isə serialı müxtəlif mükafatlara layiq etdi. Ümumiyyətlə ekranlara çıxdığı andan dərhal müxtəlif nüfuzlu film mükafatlarında, xüsusilə "Emmi" və "Qızıl Qlobus" mükafatlarına layiq görülüb.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ