SON DƏQİQƏ
» » Bu avtomobillərin ölkəyə gətirilməsi QADAĞAN OLUNDU

Bu avtomobillərin ölkəyə gətirilməsi QADAĞAN OLUNDU

Tarix:

3-01-2018, 08:07

/ 2 860 dəfə oxundu.
Bu avtomobillərin ölkəyə gətirilməsi QADAĞAN OLUNDU

2018-ci ildən etibarən Türkmənistanda qara rəngli avtomobillərə qadağa qoyulub.

Gunaz.az xəbər verir ki, yeni qaydalara görə, ölkəyə qara rəngli avtomobillərin daxil edilməsi qadağan edilib. Bundan başqa, hazırda qara rəngli avtomobilə sahib sürücülərin, avtomobillərini ağ və ya bir başqa rəngə boyatdırmaları tələb edilib.

Tətbiq edilən qaydalara heç bir açıqlama veməyən hakimiyyət nümayəndələri, qısa olaraq vəziyyəti "ağ rəng uğur" gətirər deyə şərh ediblər.

Yanvarın 1-dən qüvvəyə minən qanuna əsasən mərkəzi küçələrdə, dayanacaqlarda saxlanılan qara rəngli avtomobillər cərimə meydançasına aparılır.

Qanun layihəsi xüsusilə, avtoservislərə faydalı olub. Belə ki, ölkədə avtomobillərin rənglənməsi əvvəl 500 dollara başa gəlirdisə, indi bu xidmət 1000 dollara qədər bahalaşıb.

Xatırladaq ki, Türkmənistanın yerli mətbuatı yazır ki, yeni qanun layihəsinin tərtibi Türkmənistanın prezidenti Qurbanqulu Berdiməhəmmədovun sevimli rəngi olması ilə bağlıdır. Batil inancları olan prezident ağ rəngin hər sahədə uğur gətirdiyini düşünür və bu səbəbdən də, qara rəngli avtomobillərin xüsusilə ağ rəngə boyadılması bildirilir.(Publika.az)

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ