SON DƏQİQƏ
» » Günün qoroskopu: Yediyiniz və içdiyinizə diqqət verin

Günün qoroskopu: Yediyiniz və içdiyinizə diqqət verin

Tarix:

5-03-2017, 01:29

/ 8 598 dəfə oxundu.
Günün qoroskopu: Yediyiniz və içdiyinizə diqqət verin

Gunaz.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.
Qoç - gərginliyin yaratdığı yorğunluq və stresslər bir qədər ləngiməyə səbəb ola bilər. Hadisələri tələsdirməyin, olaylara kəskin və aqressiv müdaxilə etməyin.
Buğa
- bu günün əsas şərti və tələbi uzaqgörən olmaqdır. Gərgin duruma rəğmən Fobos və Andromeda sizə yardım edəcəklər.
Əkizlər
- soyuqqanlı olun, məntiqli davranın, anın çətinliyini təhtəlşüur səviyyəsində anlayın, çalışdığınız insanların durumunu başa düşməyə çalışın.
Xərçəng
- bu gün pərişanlıq və xəyanət var. Ətrafınızdakı insanların sizdən gözlədiyini yox, öz istədiyinizi edin. Etibar etdiyiniz insanlarla çalışın.
Şir
- dözümlü və səbrli olun, xırdalıqlara xərclənməyin. Gün ərzində maliyyə məsələlərində ehtiyatlı olun, gərəksiz xərclərə yol verməyin.
Qız
- içinizi qarsayan üsyana axşam çıxış verin. Xəyanətkar cəzasını almalı, şərəf və ləyaqətin nə olduğunu bilməlidir.
Tərəzi
- hissiyatınız artır, emosional yaşam anlamları kövrəkləşir. Leda və Pasifenin münasibətləri sizdən yalnız etibar etdiyiniz insanlarla çalışmağınızı tələb edir.
Əqrəb
- səbrsiz davranmayın, qətiyyətli olun. Kiçik məsələlərlə məşğul olub əsas problemi unutmayın. Dəyərsiz münasibətləri, illüziyaları keçmişə buraxın, yeni istiqamətdə hərəkətə başlayın.
Oxatan
- yediyiniz və içdiyinizə daha ciddi diqqət verin. Maliyyə məsələlərində ehtiyatlı olun, bədxərclik etməyin.
Oğlaq
- taleyüklü ola biləcək dəyişikliklər yaşana bilər. Kallisto və Enseladın münasibətləri sizə mühüm olan işlərdən birini yerindən tərpədərək ona təkan verə bilər. Di gəl, təşəbbüs göstərməyə tələsməyin.
Dolça
- əvvəllər diqqətinizdən yayılan məqamları anlayacaqsınız. Real işlərdə yalan, fırıldaq, informasiyanın saxtalaşdırılması, məlumatların itirilməsi istisna deyil.
Balıqlar
- səhhətinizə xüsusi diqqət verin. Məsləhətlərə, deyilən sözlərə qulaq asın. Axşam saatlarında müalicəvi prosedurlara əl atmaq pis olmaz.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ