SON DƏQİQƏ
» » Günün qoroskopu: Maliyyə məsələlərində ehtiyatlı davranın

Günün qoroskopu: Maliyyə məsələlərində ehtiyatlı davranın

Tarix:

26-02-2017, 00:19

/ 4 866 dəfə oxundu.
Günün qoroskopu: Maliyyə məsələlərində ehtiyatlı davranın

Gunaz.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.
Qoç - düşünülməmiş addımlar atmayın, tələsik qərarlar qəbul etməyin. Nəyisə kökündən və dərhal dəyişmək istəyi yarana bilər. Qərar qəbul edəndə çox fərqli olsalar belə, bir neçə variantı nəzərdən keçirin.
Buğa
- ənənəvi və rutin məqamların çeşidli yönləri təzahür edəcək. Tələsməyin, yaşanan dəyişikliklərin fərqinə varın.
Əkizlər
- işdə yeniliklər, maraqlı xəbərlər, diqqətin yeni mövzuya cəlb olunması istisna deyil. Böyük məbləğdə nə isə almağa, pul xərcləməyə, yeni işə başlamağa, fərqli layihənin əsasını qoymağa tələsməyin.
Xərçəng
- çətin situasiyada həmkarlar və ya etibar etdiyiniz insanlarla məsləhətləşin. İdeyalar, unikal həllər, probelmlərin yaradıcı çözümü baxımından gün məhsuldar ola bilər.
Şir
- ifrata varmayın, əks təqdirdə ciddi problemlərlə qarşılaşa bilərsiniz. Olayların məcrasında kəskin müdaxilələrə bel bağlamayın. Hər şey olduğu kimi yaşanarsa, əlverişli nəticə əldə edə bilərsiniz.
Qız
- dostlarla görüş üçün əlverişli vaxtdır. Risk və macəralara qapılmayın.
Tərəzi
- rəğbət bəslədiyiniz insanla münasibətlərdə maraqlı aktivləşmə ola bilər. Hadisələri tələsdirməyin, olayların axarına müdaxilə etməyin.
Əqrəb
- baş verənlərin məzmununu dərk etməyə çalışın. Maliyyə məsələlərində ehtiyatlı olun. Alış-verişdə bədxərc davranmayın, pullarınızı və maliyyə vəsaitinizi kimsəyə etibar etməyin.
Oxatan - sizi maraqlandıran məsələ ilə bağlı gərəkli məlumatları arayın. Önəmli tapıntı ola bilər. Aldığınız təklifləri dəyərləndirin və onların arasında ən sərfəli olanı seçin.
Oğlaq
- Yaxın ətrafınızdakı insanların fikri sizə zidd olsa da, onları dinləyin. Görüləsi işlərlə bağlı mövqenizdə dəyişikliklər, daha yaxşı variantın tapılması istisna deyil. Heç nəyi dəyişməyə tələsməyin.
Dolça
- maraqlı gündür. Çoxdan bəri planlaşdırdığınız işə başlaya bilərsiniz. Kooptasiya və ya kooperasiya təklifi olarsa, qəbul edin. Maliyyə məsələlərində ehtiyatlı davranın.
Balıqlar
- qəfil işlər və nevroz durumlar yaranacaq, planlar pozulacaq. Səmimiyyətiniz adekvat dəyərləndirilməyə bilər. Alış-veriş və digər maliyyə əməliyyatlarını təxirə salın.
скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər

XƏBƏR LENTİ