SON DƏQİQƏ
» » Günün qoroskopu: Yaradıcı layihəyə başlamaq olar

Günün qoroskopu: Yaradıcı layihəyə başlamaq olar

Tarix:

19-02-2017, 00:49

/ 5 906 dəfə oxundu.
Günün qoroskopu: Yaradıcı layihəyə başlamaq olar

Gunaz.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.
Qoç - çətin və qarışıq gün olacaq. Uğura nail olmaq mümkündür, lakin bunun üçün ciddi səylərə ehtiyac var. Etibarlı müttəfiqlərdən yardım istəməkdən çəkinməyin.
Buğa
- tanışlar məhz ən ciddi anda köməyinizə gələcək və sizə kömək edəcəklər. Kiçik problemlərə ifrat önəm verməyin. Həmin müşküllərin hamısını çözmək olar.
Əkizlər
- böyük miqyaslı işi nəzərdə tutan razılaşma və ya anlaşma üçün müvafiq gün deyil. Maliyyə ilə bağlı məsələlərdə ehtiyatlı olun.
Xərçəng
- yaşam tonusu aşağı düşəcək. Adi günlərlə müqayisədə daha çox yorulacaqsınız. Axşam saatlarında istirahət edin.
Şir
- uzunmüddətli nəticələri ola biləcək məsuliyyətli qərar və addımlar günüdür. Bəzən sevmədiyiniz işi görməli olacaqsınız. Amma iradəli olun, fantaziyanı işə salın və görməli olduğunuz işi başa vurun.
Qız
- maliyyə, vergi, sığorta, əmlakla bağlı məsələləri həll etmək olar. İşdə və şəxsi münasibətlərdə eksperimentlər üçün uğurlu güdür.
Tərəzi
- yeniliklər düşərlidir. Romantik təmaslar pis alınmır. Şəraitin və yaşam ortamının dəyişməsi sevdiyiniz insanla münasibətlərə yaxşı təsir edəcək.
Əqrəb
- istənilən mühüm, hətta ən mürəkkəb işlər üçün əlverişli vaxtdır. Təşəbbüskar olun. Planlarınız tezliklə dəstək alacaq.
Oxatan
- bu gün reallaşdıra biləcəyiniz ideyalar mütləq gəlir verəcək. Vaxtınızı boş işlərə sərf etməyin.
Oğlaq
- narahatlıq və nigaranlıq üçün səbəblər yarancaq. Problemlər ciddi olsa da, fikriniz dağılacaq. Sakitləşmək və bütün diqqəti işlərə yönəltmək asan olmayacaq. Bir çox məsələlər həlli tapmadığından gərginlik arta bilər.
Dolça
- yaxın ətrafınızdakı insanların xahiş və istəklərini cavabsız qoymayın. Sizə dəyərli olan insanla ümumi dil tapın. Yaradıcı layihəyə başlamaq olar.
Balıqlar
- süst olmasanız, məqsədə çatmaq, planların bəzilərini gerçəkləşdirmək olar. Günün ikinci yarısı ünsiyyət və yeni tanışlıqlar üçün əlverişli vaxtdır.
скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər

XƏBƏR LENTİ