SON DƏQİQƏ
» » Günün qoroskopu: Gəlir əldə edilməsi, köhnə borcun qaytarılması istisna deyil.

Günün qoroskopu: Gəlir əldə edilməsi, köhnə borcun qaytarılması istisna deyil.

Tarix:

15-02-2017, 00:40

/ 6 875 dəfə oxundu.
Günün qoroskopu:  Gəlir əldə edilməsi, köhnə borcun qaytarılması istisna deyil.

Gunaz.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.
Qoç - həyat eşqi və enerjiniz çoxdur. Məntiqli davranın, enerjinizi yanlış istiqamətə yönəltməyin. Əsəb və gərginlik yüksək səviyyədə olacaq, fəaliyyətnizdə xaotiklik müşahidə ediləcək.
Buğa - işlərinizdə hansısa formada ciddi nəticələrə nail olmaq istəyirsinizsə, ağıllı və təcrübəli insanın məsləhətlərinə qulaq asın. Maliyyə baxımından pis gün deyil. Gəlir əldə edilməsi, köhnə borcun qaytarılması istisna deyil.
Əkizlər - müqavilə, anlaşma, sövdələşmə, daşınmaz əmlak almaq, köç və ya iş yerini dəyişmək üçün əlverişli gündür. Axşam saatlarında istirahət edin, yorğunluqdan qurtulun, qüvvəninizi bərpa edin.
Xərçəng 
- məqsədə aparan yolda qarşılaşdığınız çətinliklər və sədlər sizi qorxutmasın. Yaxın vaxtlarda reallaşdırılması mümkün olan parlaq ideyalar yaranır.
Şir - işlərinizin öhdəsindən gəlməklə yanaşı, yaxın ətrafınızdakı insanlara da həvəslə yardım edin. Alış-veriş üçün uğurlu gündür. Özünüzlə yanaşı, yaxınlarınıza da əşyalar ala bilərsiniz. Seçimdə yanılmayın.
Qız - gün sürprizlərlə zəngindir. Onların əksəriyyəti xoşdur. Gözlənilməz olaylar sizi çaşdırmasın. İstənilən situasiyada dərhal doğru yönü seçin, asanlıq və çevikliklə improvizə edin.
Tərəzi - çox uğurlu və yüngül, rahat gün deyil. Bununla belə, ağır problemlərlə qarşılaşmaq şansı azdır. Eyni vaxtda bir neçə işlə məşğul olmaq məcburiyyəti yaranır.
Əqrəb - həmin işlərin hamısı diqqət və həssas münasibət tələb edir. İşlərin öhdəsindən gələcək, amma yorulacaqsınız.
Oxatan - işgüzar görüşlər və danışıqlar üçün əlverişli gün deyil. Dürüst yol və ton seçmək, qarşı tərəflə ümumi dil tapmaq asan deyil.
Oğlaq - daşınmaz əmlak və istənilən əmlakla bağlı sövdələşmələr, əməliyyatlar məsləhət deyil. Axşam saatlarında travma təhlükəsi var. Buna görə də mürəkkəb mexanizmlər və kəskin alətlərlə işləməkdən imtina edin.
Dolça - sakit və rahat gündür. Maraqlı imkanlar yaranır. Bu imkanları görün, şansı əldən verməyin. Yaşam potensialı artır. Enerjinizə həsəd aparmaq olar.
Balıqlar - bu enerjini quruculuğa, yaşam irerarxiyasında irəliləməyə yönəldin. Uğurlar əhvalınızı yaxşılaşdıracaq, kefinizi kökəldəcək.
 
скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər

XƏBƏR LENTİ