SON DƏQİQƏ

Bu ölkədə 22 saat oruc tuturlar

Tarix:

7-02-2017, 23:10

/ 5 232 dəfə oxundu.
Bu ölkədə 22 saat oruc tuturlar

İslandiyanın 300 min nəfər əhalisi var. Hər 10 nəfərdən biri yazıçıdır.
İslandiyanın paytaxtı Reykyavik dünyanın ən şimal paytaxtıdır.
İslandiyada ağcaqanad  və qarışqa yoxdur. Alimlər bunun səbəbini müəyyən edə bilməyiblər.
Əksər islandlar nağıl qəhrəmanlarının, xüsusilə elflərin varlığına ciddi inanırlar. Hətta bəzi yerlərin həmin qəhrəmanların yaşayış "məskəni" olduğu zənn edildiyindən, yollarını həmin yerlərdə dolaylandırıblar.
Əksər islandların sabit soyadı olmur. Soyad atanın adının sonuna "son" (oğlu) və ya "dottir" ("qızı") artırmaqla düzəlir. Məsələn, Olafur Edmundsson - Olafur Edmundoğlu.
İslandiyada ordu yoxdur. Yalnız sahil mühafizəsi var.
İsland polisləri özləri ilə silah gəzdirmirlər. Cinayət halları, praktiki olaraq, sıfır səviyyəsindədir.
İslandiyada isti su və elektrik demək olar ki, pulsuzdur. SES və geotermal enerji hesabına elektrik enerjisi artıqlaması ilə hasil olur. Hətta restoranlarda yemək bişirmək üçün qaynar bulaqların istiliyindən istifadə edirlər.
İstixanalarda hətta banan yetişdirə bilirlər.
Bir çox yerlərdə satıcı əvəzinə qiymət lövhəsi və qutu olur. Gəlirsən, pulu qutuya atırsan, xırdanı götürürsən, lazım olanı götürürsən və gedirsən.
İslandlar evlərinin qapılarını bağlamırlar.
Evdə it, ya pişik saxlamaq ancaq xüsusi icazə ilədir. Mənzil evlərdə isə bunun üçün qonşuların 2/3-nin razılığı da lazımdır.
İslandiyada əhalinin savadlılığı 100%-dir.
Ölkədə ən yayılmış idman növü şahmatdır.
İslandlar dillərinə qarşı çox həssasdırlar. İslandiyada xüsusi dil komissiyası var. Dilə daxil olan hər xarici sözün dərhal milli qarşılığı yaradılır. Dilin başqa dillərdəki sözlərlə qarışmasına imkan verilmir. Odur ki, bu günün islandı 600-700 il əvvəl yazılmış kitabını asanlıqla oxuya bilir.
İslandiya müsəlmanları günün 22 saatını oruc tuturlar.
скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər

XƏBƏR LENTİ