SON DƏQİQƏ

İnsanların haqqına ehtiram etmək vacibdir

Tarix:

2-02-2017, 21:25

/ 3 002 dəfə oxundu.
İnsanların haqqına ehtiram etmək vacibdir

Rəhmətlik İmamın (r) dostlarından biri nəql edir: "Bir gün Rəhmətlik İmam (r) Nəcəfi Əşrəfdə camaat namazı qılmaq üçün otağa daxil olmaq istəyirdi.
Gunaz.az deyerler.org-a istinadən bildirir ki, otaqdakı ayaqqabı şkafı camaat namazında iştirak etmək üçün gələn insanların ayaqqabısından dolub-daşırdı. Belə ki, ayaq qoymağa yer qalmamışdı.
Mən və başqa ruhanilər bu ayaqqabılara diqqət etmədən, onları basdalayıb gedirdik. Çünki başqa çarəmiz yox idi.
O zaman ki, İmam (r.ə) bu ayaqqabılara yaxınlaşdı, dayandı və insanların ayaqqabısını tapdalamaqdan çəkindi. Göstəriş verdi ki, bu ayaqqabıları yolunun üstündən yığışdırsınlar və yolu açsınlar.
Bu zaman bizlərdən bir çoxumuz başa düşdük ki, insanların ayaqqabısını basdalamaq - onların malını zəbt etməkdir". (Həvzəh)
İmam Zaman ağa (ə.f) buyurur: "Heç kəs üçün halal deyildir ki, başqasının malını zəbt etsin, məgər o halda ki, onun icazəsi ilə olsun".
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ