SON DƏQİQƏ
» » “WhatsApp”da yeni versiya oflayn rejimdə mesajlar yazmağa imkan verir

“WhatsApp”da yeni versiya oflayn rejimdə mesajlar yazmağa imkan verir

Tarix:

25-01-2017, 11:47

/ 9 490 dəfə oxundu.
“WhatsApp”da yeni versiya oflayn rejimdə mesajlar yazmağa imkan verir

Populyar "WhatsApp” messencerinə üç yeni funksiya əlavə edilib. "Google Play” internet mağazasında sözügedən proqramın təsvirində belə yazılıb. Ən maraqlı funksiya oflayn rejimin dəstəklənməsidir.
"WhatsApp” messencerində oflayn rejim funksiyası istifadəçi internetdə olmadıqda mesajlar yazmağa imkan verir. Mesajlar messencerdə saxlanılır və növbəyə düzülür. Smartfon qlobal şəbəkəyə qoşulan kimi bu mesajlar avtomatik göndəriləcək. Göndərilməmiş mesajlarda vaxt, göndərilmiş mesajlarda isə iki xətt işarəsi qoyulur.
Daha bir yenilik eyni anda 30-dək şəkil və ya video göndərmək imkanıdır. Vaxt ötdükcə daha çox istifadəçi mətn, stiker və smaylikləri deyil,  şəkil və qısa çarxları paylaşır. Əvvəllər eyni anda 10 foto və ya video göndərmək mümkün idi.

Gunaz.az

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ