SON DƏQİQƏ
» » Günün qoroskopu: Maraqlı ideyası olan insanlar üçün əlverişli gündür

Günün qoroskopu: Maraqlı ideyası olan insanlar üçün əlverişli gündür

Tarix:

19-01-2017, 01:11

/ 8 947 dəfə oxundu.
Günün qoroskopu: Maraqlı ideyası olan insanlar üçün əlverişli gündür

Gunaz.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.
Qoç - problemlərin alternativ həll yollarını arayın. Dostların təriflərinə çox uymayın, bədxahların tənqidlərinə fikir verməyin.
Buğa
- bütün hallarda və vəziyyətlərdə yaxşı formada olmağa çalışın. Münaqişələrdə güzəşt variantını seçin. Əgər çətin deyilsə, qarşınızdakı insanı anlamağa çalışın.
Əkizlər
- şərait sizi daha aktiv olmağa, irəlidə hərəkət etməyə, sürətli qərarlar verməyə vadar edəcək. Danışıqlarda və toplantılarda emosional olmayın, səsinizi yüksəltməyin. Konkret razılaşma əldə etməyə çalışın.
Xərçəng
-  kombinasiyalar qurun, düşünün, təhlil edin, işlək sistemi formalaşdırmağa çalışın. Yerdəyişmə, hərəkət, səfər, ezamiyyət üçün əlverişli vaxtdır.
Şir
- bu gün güclü yenilənmə potensialı var. Həyatınızda sizi nə isə qane etmirsə, o problemi həll etməyə başlayın, günü günə satmayın.
Qız
- yeni yer tutmaq, məqsədə çatmaq üçün öz yolunuzu seçmək vaxtıdır. Dostlar və yaxınlarla ümumi probemlər yaxınlaşmaq üçün güclü amilə çevriləcək.
Tərəzi
- bu gün xırda təpələrin arxasında dağ görünəcək. Ümumi mühit gərgin olacaq, spontan münaqişələr yaranacaq, ətrafınızdakı insanlar reaksiyalarına xəsislik etməyəcəklər.
Əqrəb
- hisslər və emosiyalar müstəvisində dağınıqlıq müşahidə olunacaq. Başqaları ilə yanaşı, özünüzü də çətinliklə anlayacaqsınız.
Oxatan - komanda işi, kollektiv fəaliyyət, iclas, toplantı, müsabiqə və yarış üçün əlverişli gündür. Enerjiniz ağır iş, səfər, dövlət qurumlarına baş çəkmək üçün yetərilir.
Oğlaq
- yaradıcı, maraqlı ideyası olan insanlar üçün əlverişli gündür. Təbiilik, fərqlilik, spontanlıq sizi maraqlandıran tədbirə gərəkli həlqələr olacaq.
Dolça
- bir neçə yerə baş çəkin, iş yoldaşları və tərəfdaşlarla perspektivləri müzakirə edin. Birgə iş üçün aktiv gündür.
Balıqlar
- mühüm iş və ya tədbir varsa, kreativlik çılğınlığı mümkündür. Poçt qutularınızı yoxlayın, sizi maraqlandıran təmaslarda aktivləşin.
скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər

XƏBƏR LENTİ